- 0 Komment
- 23 Sentyabr 2019
Əmək kitabçasının tətbiqi niyə vacibdir və hansı halda ləğv olunmalıdır?
27 sentyabr 2019-cu il tarixdən satışdan olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Bu bölmədə əmək müqaviləsi imzalandıqdan sonra tələb olunan bəzi prosedurla, o cümlədən əmək kitabçası haqqıda məlumat verəciyik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilən işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
Son zamanlar ən çox müzakirə olunan biri də, 2006-ci ildən etibarən fərdi uçotunun və əmək müqavilələrinin elektron bildiriş tətbiqi ilə əlaqədar olaraq əmək kitabçasının ləğv olunması məsələsidir. Bir vaxtlar nəinki ekspertlər hətta Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin rəsmiləri də bildirmişdi ki, əmək kitabçalarının ləğv olunması yaxın müddətdə gözlənilir. Fikrimizcə, həm fərdi uçotun həm də əmək müqavilələlərin bildirişi sistemidə funksiyalarını əmək kitabçasını tam əvəz etmir. Fikrimizi konkret hallar üzrə izah edək:
- 2006-ci ildən əvvəlki dövr fərdi uçot sistemi yəni sosial sığorta şəhadətnaməsində əks olunmaması;
Fərdi uçot sistemi 2006-ci ildən tətbiq olunduğu üçün, həmin dövrdə olan staj məlumatları sosial şəhadətnaməyə daxil edilir. Doğrudur bir zamanlar, işəgötürənlər 2006-ci öncəki dövrlər haqqında xüsusi hesabat forması DSMF orqanlarına göndərsələr də, həmin məlumatlar haqqında məlumat forması tam olaraq hazırlanmayıb.
- Elektron sistemdə işçinin iş tarixçəsi haqqında tam məlumat əldə etmək mümkün olmaması;
İşəğötürən işçinin əmək kitabçası vasitəsyilə onun əvvəlki iş yer(lər)i haqqında məlumat əldə etməklə, hansı vəifə dəyişiklikləri olması və ən əsasın işdən hansı səbəbdən azad olunması haqqında məlumat əldə edir. Amma elektron informasiya sistemi haqqında məlumatları əldə etmək mümkün olmur. Fikrimcə, elektron informasiya sistemi daxil edilən məlumatlar işçi üzrə reyestrini xüsusi hesabat formasında tətbiq edilməlidir. Doğrudur, əmək kitabçası adətən əmək müqaviləsi bağlandıqdan sonra təqdim edilsə də, işçi anlayır ki, işəgötürən iş yer(lər)i haqqıdna məlumatı əmək kitabçası ilə dəqiqləşdirmək imkanı var.
- 2006-cı il tarixdən öncəki çalışan işçilər və hal-hazırda işsiz olan şəxslər məlumatların elektron informasiya sisteminə daxil edilməsində problemlərin olması;
İşçi ilə bağlı məlumatların elektron informasiya sistemə daxil edilməsində bir problem də odur ki, 2006-ci ildən öncəki məlumatların işçinin çalışdığı cari işəgötürənlər tərəfindən təqdim olunmasıdır. Amma təcrübədə mümkündür ki, işçi ölkəmizdə 2006-ci ildən öncəki dövrdə işləsə də, cari dövrə rəsmi şəkildə çalışmadığından onun iş təcrübəsi haqqında məlumatlar təqdim olunmayıb.
Son illər əmək kitabçasının ləğvi ilə bağlı bir çox fikirlər səslənsə də, fikrimizə hazırkı elektron sistemə daxil ediləm məlumatlar əmək kitabçasının ləğvinə imkan vermir. Çünki əmək kitabçaların məlumatlarından işçiyə əlavə məzuniyyətlərin verilməsində, əmək haqqına əlavələrin edilməsində və pensiya təminatında istifadə edilir ki, bunu da hər hansı elektron məlumatlardan əldə etmək mümkün deyil. Həmçinin də hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi əmək kitabçasının ləğvi prossesi ölkəmizdə həyata keçirilməlidir.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın