- 2 Komment
- 20 Sentyabr 2019
Başqa işçinin əvəzetməsi zamanı əmək haqqı necə hesablanmasının MİSALLA izahı
25 sentyabr 2019-cu il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
İndi isə baxaq ki, başqa işçinin əmək funksiyasının icrası zamanı əmək haqqı necə hesablanır. Əmək Məcəlləsinin 61-ci maddəsində qeyd edilir ki, iş yerində olmayan əmək funksiyasının icrası zamanı Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Həmin maddəyə əsasən müvəqqəti əvəzetməyə görə haqqının hesablanmasının iki üsulu var:
- Əvəz edilən işçinin əmək haqqısı əvəzedəndən yüksək olduğu halda Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
- Əvəz edilən işçinin əmək haqqısı əvəzedəndən eyni vəya az olduğu halda əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Hər iki halı misallla izah edək:
Misal 1.: “A” MMC-də müştəri xidmətləri meneceri 500 manat əmək haqqı alır. 300 manat əmək haqqı alan ofisin inzibatçısı 5 gün müddətinə müştəri xidmətləri menecerini əvəz edib. Fərz edək əvəzetmə olan ayda 20 iş günü var. Bu zaman əvəz etməyə görə əmək haqqı aşağıdakı kimi hesablanır:
Əvəzetməyə görə əmək haqqı= ((əvəz olunan əmək haqqı - əvəzedən şəxsin əmək haqqı)/ iş günlərin sayı) x əvəz etmə olan iş günlərin sayı= ((500 manat -300 manat)/20 iş günü) x 5 iş günü= 50 manat.
Deməli, əvəz edən işçi 5 iş gün əvəz etməyə görə əmək haqqısının üzərinə 50 manat əlaə hesablanacaq.
Misal 2. “A” MMC-də çalışan kargüzarın əmək haqqısı 400 manat təşkil edir. İşəgötürən kargüzarın məzuiyyətdə olması səbəbindən 10 iş günü onun əmək funksiyasının icrasının katibənin həyata keçirilməsi haqqında əmr imzalayıt. Katibənin əmək haqqısı isə 450 manat təşkil edir. Göründüyü kimi əvəz edən işçi əvəz edilən işçidən daha yüksək əmək haqqı alır. Bu zaman artıq işçi və işəgötürən razılığı ilə müəyyən məbləğ müəyyən edilir. Razılaşmada məbləğ hər iki tərəfin razılığı əsasına müəyyən edilir.
Misalın davamı olaraq bildirək ki, işçi razılaşır ki, hər gününə görə əmək haqqının 20 faizi qədər əlavə ödəniləcək. Bu zaman hesablama aşağıdakı kimi olacaq:
Əvəzetməyə görə əmək haqqı= (əmək haqqına müəyyən edilən əlavə / iş günlərin sayı) x əvəz etmə olan iş günlərin sayı= ((450x 20 faiz)/20 iş günü) x 5 iş günü= 22, 50 manat.
Sonda bir məsələni qeyd edək ki, nümünə olaraq, 20 faizi qeyd edək. Hər iki tərəfin razılığı bu əlavə, 30 vəya 50 faiz də ola bilər. Əmək Məcəlləsinin hər hansı əlavənin döşəmə vəya tavan məbləğini müəyyənləşdirmir, əlavənin nə qədər müəyyən olunmasının işəğötürən və işçinin öhdəsinə buraxırır. Amma təbii ki, əlavənin məbləği də qəbuledilən formada olmalıdır.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
2 Komment
Nicat 07 Aprel 2021
Qeyd edilən Misal 2 də əvəzetmədə əmək funksiyasının icrasına görə 10 iş günü qeyd edilib.Bu zaman hesablama fikrimcə (450x 20 faiz)/20 iş günü) x 10 iş günü= 45 manat olacaq.Buyurun.
Susen 30 İyun 2022
Salam. M.en karguzar isleyirem docket iwinde.kadrlar user mutexessisin vezifesini de mene hele veribler.yeni oz iwinle birdende onunda iwini gorecem.hemin iscide analiq mezuniyyetindedir.menim beside mamasina elave ne qeder olmalidir?
Şərh yazın