- 2 Komment
- 19 Sentyabr 2019
Kommersiya təşkilatları könüllük müqaviləsi üzrə ödənişsiz olaraq şəxsi cəlb edə bilər?
25 sentyabr 2019-cu il tarixdən satışda olacaq "Əmək münasibətləri: A-dan Z-yə" kitabından seçmə
Könüllü fəaliyyət əvəzi ödənilməyən fəaliyyətdir. Könüllü fəaliyyəti ancaq dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları həyata keçirə bilərlər, kommersiya qurumları könüllü fəaliyyətlə məşğul ola bilməzlər.
Bundan əlavə, könüllü fəaliyyətdə ictimai faydalı bir xidmətlərinin və işlərinin görülməsi olmalıdır. Burada sual meydana çıxır ki, könüllü fəaliyyət hansı istiqamətlərdə aparılmalıdır, istənilən bir xidmət, iş ictimai faydalı sayıla bilərmi?
Aşağıdakılar könüllü fəaliyyət istiqamətləri sayılır:
- əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
- insanpərvərliyin və dözümlülüyün təbliği;
- istehlakçıların hüquqlarının qorunması;
- hüquqi və mədəni maarifləndirmə;
- uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
- idmanın inkişafı;
- xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
- sağlam həyat tərzinin təbliği;
- ətraf mühitin mühafizəsi;
- tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
- silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
-cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;
- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
2 Komment
Vusala 19 Sentyabr 2019
Salam. Zəhmət olmazsa məlumat verərdiniz könüllülüklə bağlı bu qeyd etdikləriniz hansı qanunvericilikdən çıxarışdır və bununla bağlı hər hansı cərimə tədbiri nəzərdə tutulubmu.
Kamran 25 Sentyabr 2019
828-IIIQ saylı “Könüllü fəaliyyət haqqında” qanun http://www.e-qanun.az/framework/doc/18159
Şərh yazın