Əmək kitabçasına hansı halda qeydlər aparılır? (10 HAL üzrə İZAH)
20 sentyabrdan satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Hər bir işəgötürən, əgər 5 gündən çox işləyərsə, ilk dəfə işə girən işçini əsas iş yerində əmək kitabçası ilə təmin edib, müvafiq yazılışlar aparmağa borcludur. Əmək kitabçası ilə bağlı praktikada çoxlu maraqlı nüanslar var ki, bu bölmədə məhz həmin məsələlərə toxunacağıq.
Qeyd edək ki, əmək kitabçasının forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 186 №-li qərarı ilə təqdiq edilib. Əmək kitabçası 4 bölmədən ibarətdir. 1-ci bölmə üz qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə iş haqqında məlumat, 4-cü bölmə isə pensiya təyin edilməsi haqqında məlumatdır.
İşəgötürən əmək kitabçasının 3-cü bölməsi olan “İş haqqında məlumat”da işçinin əmək fəaliyyəti haqqında məlumatları daxil etməlidir. Aşağıdakı cədvəldə əmək kitabçasına hansı məlumatların daxil edilməsinə aydınlıq gətirək:
Sıra
|
Fəaliyyətin adı |
Əmək kitabçasına məlumat qeyd edilir? |
|
1 |
İşçinin əsas iş yerində işə götürülməsi |
Bəli |
|
2 |
İşçinin başqa işçinin əmək funksiyasının icra etməsi vəya əvəzetməsi |
|
Xeyr |
3 |
Əsas iş yerində bir işdən başqa işə daimi keçirilməsi |
Bəli |
|
4 |
İşçinin Əmək Məcəlləsinin 60–cı maddəsinə uyğun olaraq müvəqqəti başqa işə keçirilməsi |
|
Xeyr |
5 |
Əvəzçilik üzrə məlumatların (işə qəbul və işdən azad olunma) əks etdirilməsi |
Bəli |
|
6 |
İşçiyə İnzitam tədbirlərinin (xəbərdarlıq, töhmət və s.) verilməsi |
|
Xeyr |
7 |
İşçinin mükafatlandırılması |
|
Xeyr |
8 |
Struktur dəyişikliyi nəticəsində işçinin vəzifəsi vəya çalışdığı departmentin adının dəyişməsi |
Bəli |
|
9 |
Əsas iş yerində işdən azad edilməsi |
Bəli |
|
10 |
İşəgötürən şəxsin (müdir, direktor, təsisçi və s.) dəyişməsi |
|
Xeyr |
0 Komment
Şərh yazın