Əsas və ya əlavə əmək müqaviləsinin müqayisəli TƏHLİLİ (8 HAL ÜZRƏ)
"Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Əmək Məcəlləsinə edilən son əsaslı dəyişikliklərdə əsas və ya əlavə müqaviləsi ilə bağlı bənd də əks olunub.
Həmin dəyişikliklərdə qeyd olunur ki, işçinin iş yerinin әsas vә ya әlavә iş yeri olması barәdә qeyd əmək müqaviləsində mütləq qeyd olunmalıdır. Əsas və əlavə əmək müqaviləsinin oxşar və fərqləri haqqında məlumat verək:
Sıra |
Fəaliyyət |
Əsas iş yeri |
Əlavə iş yeri (əvəzçilik) |
Qeyd |
1 |
Əmək kitabçası təqdim olunur |
Bəli |
Xeyr |
Əmək kitabçasında əvəzçiliklə bağlı qeyd aparıla bilər |
2 |
Sosial sığorta şəhadətnaməsi təqdim olunur |
Bəli |
Bəli |
|
3 |
Elektron informasiya sisteminə işlənilir |
Bəli |
Bəli |
|
4 |
Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Məzuniyyət, əlavə iş saatı, əvəz etmə, sınaq müddəti və s. hüquqlardan istifadə edir |
Bəli |
Bəli |
|
5 |
Gündəlik normal iş vaxtının müddəti |
8 saatdan artıq ola bilməz |
4 saatdan artıq ola bilməz |
|
6 |
Həftəlik normal iş vaxtının müddəti |
40 saatdan artıq müəyyən edilə bilməz |
20 saatdan artıq müəyyən edilə bilməz. |
|
7 |
Əmək haqqıdnan gəlir vergisi üzrə güzəştlər tətbiq olunması |
Bəli |
Xeyr |
|
8 |
İş yerinin sayı |
Bir |
Normalar nəzərə alınmaqla məhdudiyyət qoyulmur |
|
7 Komment
Cavanşir 05 Sentyabr 2019
Salam. Gündəlikdə olan ən vacib məsələ minimum əmək haqqının tətbiq edilməsidir. Əlavə iş yerində əmək haqqı minimumdan aşağı ola bilərmi?
Həsənova Ceyran 01 Oktyabr 2019
Salam. İşçi Əlavə iş yerində həftədə 5 gün 1 saat qeyd olunmaqla əvəzçilik üzrə çalışır. Onun əmək haqqı minimum əmək haqqından az qeyd oluna bilərmi? Qeyd etmək mümkün deyilsə, onun maaşı necə tənzimlənməlidir?
afet 22 Fevral 2022
Salam. zəhmət olmasa sualımı cavablandırın. Əlavə iş yerində işləyən işçinin əmək kitabçasına iş barədə qeyd aparılırmı? Əvvəlcədən təşəkkür edirəm.
Elxan 15 Avqust 2022
Salam. Əvvəlki iş yeri əsas hesab olunur yoxsa ikinci iş yeri?
Samire 31 Avqust 2022
Salam Hesenova Samire Yasif qızı.Müellime işleyirem sosial rifahımı yaxşılaşdırmaq üçün miq ve müsahibeden uğur qazanaraq 9 saatlıq ders yükü üçün elave iş yeri seçimi etdim .Lakin Daşkesen rayon tehsil idaresinden mene bildirdiler ki,İki iş yerinde işleye bilmesen.Men bilmek isteyirem ki,esas iş yerim yerinde qalmaqla bu il miqden qazandığ 9saat ders yükü elave iş yeri kimi qala bilermi. Men öz erizemle iki mekteb arasında hansının esas ve elave iş yeri kimi seçim ede bilerem ? Evvelceden teşekkür edirem .Çox xahiş edirem mümkünse melumatı tez veresiz.9saatlıq ders üçün imtina erizesi vermeliyemmi.
Şahin 09 Fevral 2023
salam. Əlavə iş yerində çalışan işçiyə hesablanılmış əmək haqqıya görə yaranmış 50% qənaət məbləği xərcə necə yönəltmək olar?
Sona 15 Mart 2023
Salam. Bilmək istəyirdim ki, əlavə iş yerində işləmiş işçi öz ərizəsinə əsasən işdən çıxdıqda ona yekun haqq-hesab ödənilirmi?
Şərh yazın