İşçi əmək müqaviləsi bitdiyi zaman əmək qabiliyyətini itirmiş olarsa, müqaviləyə xitam necə tənzimlənir?

"Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 73-cü maddəsində həmçinin qeyd edilir ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Misal: Müddətli əmək müqaviləsi çalışan işçinin əmək müqaviləsi üzrə son iş günü 19 sentyabr 2019-cu il tarix hesab olunur. İşçi 12 sentyabr 2019-cu il tarixində 20 günlük əmək qabiliyyətini itirməsi haqqında məlumat verir. Bu zaman, artıq işəgötürən 19 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə qərar verə bilməz. İşəgötürən işçinin geri qayıtmasını gözləməlidir və onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Misal üçün, işçi 09 oktyabr 2019-cu tarixdə işə çıxarsa, bu zaman işçi ilə əmək müqaviləsinə xitam verilməsi 09-16 oktyabr 2019-cu il tarixlərdə həyata keçirilə bilər.
Qeyd edək ki, Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarının siyahısı uzun olduğu üçün kitabda iki dəfə qeyd olunmasına lüzum görmədik. Həmin maddənin misallara geniş izahını digər bölmədən əldə edə bilərsiniz.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər