- 1 Komment
- 02 Sentyabr 2019
Əksər HR və Mühasiblər üçün AKTUAL SƏNƏD FORMASI
15 sentyabr 2019-cu il tarixdən satışda olacaq "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə
Minimum aylıq əmək haqqının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı 1 sentybar 2019-cu il tarixdən qüvvəyə minir. Bu da işəgötürənlər üzərinə müəyyən rəsmiləşdirmələrin aparılması öhdəliyi qoyur. Xüsusilə, özəl sektorda 250 manatdan aşağı əmək haqqı alan işçilərin əmək haqqının minimum əmək haqqı məbləğindən aşağı olmamaq şərti ilə artırılması həm qanunvericliyin tələblərinin icrası, həm də müəssisədaxili kargüzarlığın aparılması baxımından çox vacibdir.
Minimum əmək haqqı artırıldıqdan sonra işəgötürənin həyata keçirməli olduğu prosedurları ardıcıllıqla, müvafiq sənədlərin nümunəvi formaları ilə birlikdə təqdim edirik. İlk növbədə, vəzifə maaşı minimum əmək haqqıdan aşağı olan işçilərlə əmək haqqı dəyişikliyini özündə əks etdirən əmək müqaviləsinə əlavə razılaşma imzalanmalı, dəyişiklik reyesterə daxil edilməlidir. Belə əlavə razılaşmanın nümunəvi formasını təqdim edirik:
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
10 fevral 2019-ci il tarixli, ___№-li əmək müqaviləsinə
Əlavə razılaşma №_____
Bakı şəhəri 29 avqust 2019-cu il
Bir tərəfdən “İşəgötürən”- nizamnaməsinə əsasən fəaliyyət göstərən “Alov” MMC, Baş direktoru Nəbili Nüsrət Nadir oğlunun şəxsində, digər tərəfdən “İşçi”- Satış üzrə mütəxəssis Qarayev Sabir Cabbar oğlunun şəxsində aşağıdakı şərtlərlə 10 fevral 2019-ci il tarixli, ___№-li əmək müqaviləsinə Əlavə razılaşma imzaladılar.
Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “1. İşçiyə hər ay 320 (üz yüz iyirmi) manat məbləğdə əmək haqqı ödənilir;”
- 10 fevral 2019-ci il tarixli, ___№-li əmək müqaviləsinin (əgər əmək müqaviləsi bağlandıqdan sonra ona dəyişiklik edilməsi məqsədilə əlavə və ya əlavələr imzalanıbsa, o halda mötərizədə “Əlavənin” və “Əlavələrin” yazmaq lazımdır) digər şərtləri öz qüvvəsində qalır.
- 10 fevral 2019-ci il tarixli, ___№-li əmək müqaviləsinə Əlavə razılaşma ilə edilmiş dəyişiklik 1 sentyabr 2019-cu il tarixindən qüvvəyə minir.
- Əlavə razılaşma 10 fevral 2019-ci il tarixli, ___№-li əmək müqaviləsinin ayrılmaz hissəsidir və eyni hüquqi qüvvəyə malik olmaqla, 2 (iki) nüsxədə tərtib olunub. Əlavə razılaşmanın bir nüsxəsi işəgötürəndə - işçinin şəxsi işində, digər nüsxəsi isə işçidə saxlanılır.
TƏRƏFLƏRİN İMZALARI:
İŞƏGÖTÜRƏN: İŞÇİ:
Baş direktor _______ Nəbili N.N. ________Qarayev S.C.
M.Y.
Əmək müqaviləsinə Əlavə razılaşmanın bir nüsxəsini aldım: ________Qarayev S.C.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Əlavə razılaşma imzalandıqdan sonra müəssisədaxili kargüzarlığın aparılması məqsədilə istifadə olunan ştat cədvəlinə dəyişikliklə bağlı əmr verilməlidir. Hesab edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqı 250 manata qaldırıldıqdan sonra müəssisədə bir yox, bir neçə işçinin əmək haqqında dəyişiklik tələb olunur. Onların hər biri ilə yuxarıdakı qaydada əmək müqaviləsinə əlavə razılaşma imzalandıqdan və reysestrə daxil edilməklə yanaşı, ştat cədvəlinə dəyişiklik edilməsi ilə bağlı aşağdakı formada müvafiq əmr imzalanır.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Blank “Alov” MMC
ƏMR №________
Bakı şəhəri ____ ___________________2019-cu il
Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında
Minimum aylıq əmək haqqının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamının tələblərinin nəzərə alınması məqsədi ilə
ƏMR EDİRƏM:
- Cəmiyyətin direktorunun ____ ______ 2019-cu il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2019-cu iş ili üçün ştat cədvəlində aşağıdakı vəzifələr üzrə aylıq əmək haqqı 1 sentyabr 2019-cu il tarixdən qüvvədə olan minimum əmək haqqı məbləğinə müvafiq olaraq təyin edilsin:
- Xadimə - 250 (iki yüz əlli) manat.
- Ofis meneceri - 294 (iki yüz doxsan dörd) manat.
- Satış mütəxəssisi – 320 (üz yüz iyirmi) manat.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şəbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Tarix: ________
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Növbəti mərhələ əmək haqqının artırılması ilə bağlı hər bir işçi ilə bağlı ayrıca əmrin verilməsidir. Belə əmrin nümunəvi forması isə aşağıdakı kimidir:
Blank “Alov” MMC
ƏMR №________
Bakı şəhəri ____ ___________________2019-cu il
İşçinin vəzifə maaşının artırılması barədə
Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamının tələblərinə uyğun olaraq Satış şöbəsinin satış üzrə mütəxəssisi Qarayev Sabir Cabbar oğlu ilə bağlanılmış 10 fevral 2019-ci il tarixli, ___№-li əmək müqaviləsinə Əlavə razılaşmaya əsaslanaraq
ƏMR EDİRƏM:
1.Satış şöbəsinin satış üzrə mütəxəssisi Qarayev Sabir Cabbar oğlunun vəzifə maaşı 1 sentyabr 2019- cu il tarixdən 320 (üz yüz iyirmi) manat təyin edilsin.
- Baş mühasib Səlimova Sultanə Sahib qızı işçinin əmək haqqından hesablamaları 1 sentybar 2019-cu il tarixdən edilmiş dəyişikliyə uyğun həyata keçirsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına tapşırılsın.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
Tarix: ________
__________ Qarayev S.C.
Tarix: ________
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
1 Komment
Anar 03 Sentyabr 2019
salam. əmək məzuniyyəti hesablanarkən həmin aralığa düşən bayram günləri(Emek mecellesinin 114.6 maddesi) üçün ödəniş edilmir. misal: Huseynov Hüseynin mezuniyyet emrinde 17 teqvim gunu qeyd edilir, baxmayaraq ki, 01.08.2019-19.08.2019-dek 19 teqvim gunudur(2 gün bayram). Bu sebebden biz mecburuq bir günlük əmək haqqının məbləğini emrde qeyd edilen mezuniyyetin teqvim gunlerine vuraq və hesablayaq. sonrakı 11 iş günü üçün verilən pul ilə məzuniyyət üçün verilən pulun cəmi ümumi əmək haqqından az olur. bayram günləri olan zaman məzuniyyət pulunun hesablanması barədə məlumat verməyinizi xahiş edirəm. əvvəlcədən təşəkkürlər
Şərh yazın