Əsas iş yeri üzrə işəgötürən işçinin əlavə iş yerindən sənəd tələb edə bilər?

"Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək qanunvericiliyində istisna hallar nəzərə alınmaqla digər hallarda işçinin əvəzçilik üzrə əmək müqaviləsi üzrə işləməsinə yalnız bir halda icazə verilir: İşçi iş vaxtında əlavə iş saatı ilə məşğul olur. Əmək Məcəlləsinin “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” adlı 58-ci maddəsinə əsasən, İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.
Misal: “A” MMC-nin işçisi Məmmədova Gülnar marketoloq vəzifəsində çalışır. Gülnarın iş saatı 09:00 – 18:00-dəkdir. Marketoloq əsas iş yeri olan “A”MMC-nin rəhbərliyinə müraciət edərək 2 ay müddətində əlavə iş yeri olaraq “B” MMC-də həftənin 2 və 5-ci günləri saat 14:00-16:00 radələrində işləməsinə icazə versin. Bu zaman “A”MMC rəhbərlik razılıq verdiyi marketoloq həmin vaxtı əlavə iş yerində çalışa bilər və həmin iş vaxtı əvəzçilik üzrə əmək müqaviləsində qeyd edə bilər. “A” MMC bununla bağlı əmək müqaviləsinə əlavə imzalayar, iş vaxtında dəyişiklik edə bilər. Həmçinin, müəyyən vəzifələr ola bilər ki, əsas iş yerində çalışan işçinin əlavə iş yerində çalışdığı halda, onun əmək funksiyasının başqa işçi tərəfindən icra edilsin. Bu zaman da, işəgötürən həmin əvəzetmə ilə bağlı əmr də verməlidir.
Təcrübədə mümkündür ki, işçi işəgötürənə məlumat vermədən əsas iş yerinin iş saatlarında başqa yerdə əlavə iş saatı ilə çalışsın. Misal üçün, “A” MMC-də normal iş vaxtında yəni 8 saat çalışan işçi “B” MMC-də əlavə iş yeri olaraq çalışır. İşçinin iş vaxtı əvəzçilik üzrə əmək müqaviləsində saat 15:00-dan 17:00-ə kimi qeyd edilib ki, bu vaxtlar həmçinin əsas iş yeri üzrə əmək müqaviləsində qeyd edilib. “A” MMC-nin rəhbərliyi bu məsələdən xəbərdar olduğu üçün, işçidən əlavə iş yerində çalışdığı vaxtları təsdiq edən əvəzçilik üzrə əmək müqaviləsi tələb edə bilər. Əgər “A” MMC sübut edərsə ki, işçinin əlavə iş yerindəki iş saatları əsas iş yerindəki vaxtla üst-üstə düşür və bununla bağlı da əsas iş yerindəki işəgötürəndən icazə almayıbsa, bu zaman işçiyə qarşı intizam tədbirləri həyata keçirilə bilər.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. Sənan Həsənov 19 Yanvar 2021

    Salam.İşçi əvəzçilik üzrə əmək müqaviləsi bağlayıb əlavə iş yerində çalışırsa.onun ümumi iş saatlarının cəmi mütləqdirmi 8 saat olsun?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər