Xəstəlik üçün müavinət necə hesablanır və icbari ödənişlərə necə cəlb olunur?
"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə
Əmək haqqı bölməsində toxunacağımız mühüm məsələlərdən biri də əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə verilən müavinətin hesablanması və icbari ödənişlərə cəlb olunması qaydasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli ,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır. Müavinətin ümumi məbləği, gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması yolu ilə tapılır.
Misal. Tutaq ki, işçi Məmmədov Murad Arif oğlu 22 aprel 2019-cu ildən 08 may 2019-cu il tarixinə kimi (18 günlük) əmək qabiliyyətini müvəqqəti itirib, daha doğrusu, xəstələnib və xəstəlik vərəqəsini təşkilata təqdim edib. Onun aprel 2018 - mart 2019-cu il (son tam 12 aylıq) dövrünün əmək haqqı 7800 manat təşkil edir, iş stajı isə 14 ildir.
İlk növbədə müəyyənləşdirməliyik ki, aprel 2018 - mart 2019-cu il tarixinə kimi olan dövrdə neçə iş günü var. Tutaq ki, bu müddət ərzində 288 iş günü var.
Bunu müəyyənləşdirdikdən sonra artıq aydınlaşdırmalıyıq ki, gündəlik qazanc nə qədərdir. Gündəlik qazancı hesablamaq üçün 12 ayın əmək haqqı (7800 manat) iş günlərinin cəminə (288) bölünməlidir: 7800 manat / 288 = 27,08 manat.
Üçüncü addım isə ilk 14 təqvim günündə neçə iş günün olmasını müəyyənləşdirməkdir. Bu rəqəm ona görə tapılır ki, Əsasnaməyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında ilk 14 təqvim gününün müavinətini müəssisə, qalan günləri isə DSMF orqanları ödəyir. İlk 14 təqvim günü 21 aprel 2019-ci ildən 04 may 2019-ci ilə kimi olan dövrə düşür və bu müddətdə 10 iş günü var. Deməli hesablayacağımız 14 iş günündən 10 iş gününün müavinətini müəssisə ödəyəcək. Bu halda müavinətin 270,80 manatını (27,08 manat gündΩlik qazanc x 10 iş günü) müəssisə, 108,32 manatını isə (27,08 manat gündəlik qazanc x 4 iş günü) DSMF orqanları ödəməlidir.
İcbari ödənişlərə gəlincə isə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərəə gəlir vergisi üzrə GÜZƏŞT NƏZƏRDƏ TUTULMAYIB. Amma, “Sosial Sığorta haqqında’ AR Qanununa əsasən, müəssisənin ödədiyi müavinət üzrə sosial ayırma hesablanmır. DSMF tərəfindən ödəniləcək məbləğdən gəlir vergisini isə ödəyən şəxs - yəni, dövlət sosial müdafiə orqanı tutaraq dövlət büdcəsinə ödəyəcək.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
4 Komment
Abdullayeva Bəhriyyə Mahmud qızı 08 Oktyabr 2019
Salam Mən bilmək istəyirəm ananın 8 yanvar 2019-cu ildə uşağı olub anaya və uşağa görə doğumdan sonra verilən 1.5 ayaşa ana və uşağa 1.5 yaşdan sonra uşağa verilən kompensasiya 3 yaşadək kompensasiya nə qədərdir 2019-cu uldən TƏŞƏKKÜR EDİRƏM
kemale 22 Yanvar 2021
mən Məhərrəmova Kəmalə Oruc qızı dost mmc nin sumqayıt şəhəri 12saylı mənzil istismar sahəsində dalandzr işləyirəm de09.12.2020 ci iltarixinden 30 .12.2020 ci il tarixinə qədər xəstə olmuşam bilmək isterdim 17 il əmək kitabcasında iiş staım var nə qədər pul alacam maaşım 241manatdır
Arzu 10 Fevral 2023
Salam.3 cu qrup elilem indiye kimi 1 saat isden tez buraxilirdim.indi deyirler ki leqv olunub.bir de ki.maasimnan indi hami kimi vergi tutulur hec bir imtiyazin olmadiqi deyilir.bu doqrudur?
sekine 13 Fevral 2023
salam men yanvarin 21 gunu emelyat olmusam emek haqqimi az aldim bilmek isdeyirem bes xesdeliye gorem yeni balnisnimi ne vaxt almaliyam onu da deyim ki xesdexana mene mene 15 gun evde qalamgi yazmisdiyazmisdi
Şərh yazın