Son haqq-hesab və əmək haqqını gecikdirməyin cəriməsi

Son haqq-hesab və əmək haqqını gecikdirməyin cəriməsi

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək haqqı ilə bağlı ciddi məsələ ondan ibarətdir ki, vergi ödəyicisi işdən çıxardığı işçinin son haqq-hesabını ödəmir və ya gecikdirməklə ödəniş edir. Ümümiyyətlə, son haqq-hesab dedikdə, nə başa düşülür? Son haqq hesab = İşçinin son iş ayındakı işlədiyi günlərə görə əmək haqqı + istifadə etmədiyi məzuniyyətə görə kompensasiya + əmək müqaviləsinin xitamına görə müvanət+ digər öhdəliklər (misal üçün bonus, mükafat və s.)

Əsasən son haqq-hesab zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayaraq ödəmirlər. Bu zaman işçinin şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları yoxlama keçirərək, vergi ödəyicisini İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edir.  Qeyd edilənləri nəzərə alaraq, vergi ödəyiciləri işçi ilə son haqqhesab hesablaşmalarında diqqətli olsunlar. Təcrübədə əmək haqqı və son haqq-hesabın gecikdirilməsi hallarına rast gəlinir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Misal üçün, “A” MMC əmək müqaviləsinə uyğun olaraq, işçiyə hər ayın son iş günündə 500 manat məbləğində əmək haqqı ödənişlərini həyata keçirməlidir. Amma üzrsüz səbəbdən ödənişi 25 gün gecikdirib. Bu zaman vergi ödəyicisi işçiyə 125 (500 manat x 1 faiz x 25 gün) manat əlavə ödənc verilməlidir. Bir daha qeyd edirik ki, burda hər hansı ciddi səbəb olmalıdır.

Misal üçün, işçini işdən azad edərkən bütün ödənişlər həmin gün ödənilməlidir. Artıq bu hal konkret tələb şəklində Əmək Məcəlləsində qeyd edilib.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

6 Komment

  1. Sakina 12 İyul 2019

    Salam. kitabın dəyərini zəhmət olmasa yazın

  2. Sakina 12 İyul 2019

    Salam. kitabın dəyərini zəhmət olmasa yazın

  3. Elvin İbrahimov 04 Avqust 2020

    Salam. Son haqq-hesab zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməzsə və bu barədə də işçi tərəfindən hər hansı bir şikayət edilməzsə, müəssisə buna görə cərimə oluna bilərmi?

  4. Nailə 31 Yanvar 2022

    Salam.Yanvar ayında faktiki 10 günə 250 manat, son haq-hesab 240 manat hesablanıb. vergilər cəmdən (250+240)dan tutulur yoxsa ayrı ayrılıqda.

  5. Elmir 20 Avqust 2022

    Salam. İşçi işdən öz xahişi ilə azad olursa və müəssisə onun son haqq-hesabını ödəmirsə bu zaman işçi tam rahat şəkildə həmin müəssisədən şikayət edə bilər? Lakin ortada beləbir məsələ var ki, işçi orada işlədiyi müddətdə başqa bir firmaya artıq ödəmə etmişdir. Həmin müəssisə bunu işçinin əleyhinə istifadə edə bilər və bundan işçi zərərli çıxa bilər?

  6. [email protected] 23 Dekabr 2022

    İşçi 68e bendinen işden azad olunubsa ona son haqq hesab hesablanır

Şərh yazın