Dərkənar zamanı diqqət yetiriləsi 5 VACİB MƏQAM

Dərkənar zamanı diqqət yetiriləsi 5 VACİB MƏQAM

"Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Rəhbərliklə sağlam qarşılıqlı əlaqələrin qurulması üçün bütün işçilərin dərkənarla bağlı aşağıdakıları bilməsi və iş prosesini bu prizmadan qurması vacibdir: 

- Dərkənar təşkilatın rəhbərinə baxılmaq üçün verilmiş sənəddə əks olunan məsələnin həllilə bağlı birbaşa əmrdir;

- Dərkənar təşkilatın rəhbəri tərəfindən imzalanmalı və tarix qoyulmalıdır;

- Dərkənar təqdim olunan sənədin üzərinə qoyulmalıdır. Bəzən təcrübədə dərkənarın ayrı bir kağızda yazılması və sənədə tikilməsinə də rast gəlinir ki, bu metoddan daha geniş tapşırıqlar verilməsi zamanı yer çatışmazlığı səbəbindən istifadə olunur. Ancaq qeyd edək ki, sənədlərin saxlanması, arxivləşdirilməsi zamanı əlavə problemlər yaratdığı üçün tərəfimizdən məqsədəuyğun hesab edilmir;

- Dərkənar təşkilat rəhbərinin “mütləq icra olunmalıdır” tapşırığından əlavə, rəhbərin sənəddə əks olunan faktı qiymətləndirməsi, ona münasibəti, əməkdaşlarla rəhbərliyin qeyri-rəsmi geri əlaqəsinin təmin olunması kimi başa düşülməlidir;

- Dərkənar icra təhkim olunan struktur və vəzifəli şəxs tərəfindən sənədin sonrakı hərəkətini müəyyənləşdirən idarəetmə texnologiyasıdır.  Təşkilatın rəhbərləri və onların müavinləri dərkənarın düzgün tərib olunmasına məsuliyyətlə yanaşmalıdırlar. Sənədlərin üzərindəki dərkənar standart nitq modelinə uyğun tərtib olunamıdır: “Kimə (və yaxud xitabmüraciət - kim) - nə etməli – nə zaman etməli”.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

 

0 Komment

    Şərh yazın