İşgüzar münasibətlər zamanı yol verilən səhvlər (I Hissə)

İşgüzar münasibətlər zamanı yol verilən səhvlər (I Hissə)

“Kargüzarlıq: A-dan Z-yə” kitabından seçmə

İşgüzar münasibətlərin heç də hamısı yazılı əsasda aparılmır, praktikada dövlət qurumlarının nümayəndələri, tərəfdaşlar və müştərilərlə üzbəüz və telefon danışıqlarından geniş istifadə olunur.Bəzi ifadələr var ki, belə danışıqlar zamanı onların istifadəsi yolverilməzdir. Belə danışıqlarda neqativ effekt yaradan ifadə və sözlərdən istifadə olunması əməkdaşlığın bitməsinə səbəb ola bilər. Bu ifadələr, əslində gündəlik danışıqda fərqinə varmadan işlətdiyimiz  ifadələrdir, onlar tərbiyəsiz ifadələr olmasa da, ağır mənfi yükü var. Məsələn, “sən haqlı deyilsən”, “sənin dediklərindən başa aça bilmirəm”, “bu, sənin problemindir”, “sən bunu eləməyə məcbursan”, “sən başa düşmürsən”, “mənə aydın deyil” və sair kimi ifadələri işgüzar leksikondan çıxarmaq lazımdır. dilimizdə belə ifadələrin mənaca eynisi olan, lakin həmsöhbətdə narazılıq, psixoloji təzyiq yaratmayan çoxlu əvəzediciləri var.

Çalışın, danışığınızda inkar bildirən sözlər işlətməyin. Hər bir adam özünə münasibətdə inkar cümləsi eşidəndə az da olsa gərginlik keçirir. Əgər imtina və inkarsız keçinmək mümkün deyilsə, cümləni başqa cür qura bilərsiniz:  “Mən çox istərdim ki, Siz deyənlərlə razılaşım, ancaq hazırkı şərait və şərtlər buna imkan vermir” və yaxud “gəlin, bu məsələnin müzakirəsini münasib vaxt yetişənə kimi təxirə salaq”. Belə cümlələr qursanız, Sizdən inciməyəcəklər.

İşgüzar leksikonda “mənə aydın olmadı”, “Bağışlayın, sizi başa düşmədim” kimi cümlələr işlətməyin.Ən pisi isə “Siz məni başa düşmürsünüz” cümləsidir. Bu cümləni deyəndən sonra onu heç bir şəkildə yozmaq, belə demək mümkünsə, malalamaq, “yox, mən elə demək istəmirdim” kimi sözünün arxasından qaçmaq mümkün deyil, çünki artıq ox yaydan çıxıb, onu geri qaytarmaq mümkün deyil. Bu cümləylə siz artıq qarşınızdakının əqli qabiliyyətinin yetərsizliyinə işarə vurmusunuz. Əgər siz nəyisə başa düşmürsünüzsə, onu belə ifadə edə bilərsiniz: “Bağışlayın, əgər Sizi düzgün başa düşdümsə, Siz  ....... əməkdaşlıq təklif edirsiniz”. Əgər sizi başa düşmürlərsə, o zaman “Mən çalışacam fikrimi daha aydın izah ki, hər şey aydın olsun” kimi cümlələr işlətmək olar.

 

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın