Vəzifə təlimatı tərtib olunarkən nələrə diqqət yetirilməlidir?

Vəzifə təlimatı tərtib olunarkən nələrə diqqət yetirilməlidir?

"Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Vəzifə təlimatları barəsində Əmək Məcəlləsində danışılmasa da, bu, çox vacib sənəddir. Sənədin məzmunu təkcə işçinin əmək funksiyalarından ibarət deyil. Vəzifə təlimatında işçinin vəzifə öhdəlikləri, səlahiyyətlərinin hüdudları, vəzifəyə təyin olunan işçinin ixtisasına olan tələblər geniş və aydın şəkildə əks etdirilir.
Vəzifə təlimatı işəgötürənin və işçinin davranışının hüquqiliyini müəyyənləşdirməyə də kömək edir. Məhz bütün bu sadalanlara görə təşkilatlarda vəzifə təlimatlarının tərtibi və tətbiqi vacibdir. Müvafiq standartalara uyğun olaraq vəzifə təlimatlarında aşağıdakı rekvizitlərin olması vacibdir: sənədi hazırlayan təşkilatın adı, sənədin adı, tarix, qeydiyyat nömrəsi, tərtib olunduğu yer, təsdiq qrifi, sənədin başlığı, əlavənin olması ilə bağlı qeyd, razılaşdırma vizası, razılaşdırma qrifi, sənədin icraçısının imzası. Vəzifə təlimatı daxili təşkilati-normativ sənəddir, onun əslinin (birinci nüsxəsi) sonuncu səhifəsinin arxa tərəfində uyğun şöbə(lər)nin rəhbər(lər)i və hüquqşünas tərəfindən razılaşdırma vizası qoyulur. Sənəd təşkilatın rəhbərinin əmri və ya kollegial orqanın qərarı ilə təsdiq edilir. Təsdiqetmə qrifi birinci səhifənin yuxarı sağ güncündə yerləşdirilir. Razılaşdırma qrifi isə sənədin sonunda yerləşdirilir. Vəzifənin daşıyıcısı sənədlə tanış olması haqqında qeydin qarşısından imza atır. Vəzifə təlimatının strukturu adətən aşağıdakı şəkildə olur:
- Ümumi müddəalar;
- İxtisasa tələblər;
- Vəzifə öhdəlikləri;
- Vəzifə öhdəliklərinin icrasının qiymətləndirilməsi meyarları;
- Digər vəzifələrlə qarşılıqlı münasibətləri;
- Hüquqları;
- Məsuliyyəti.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

3 Komment

  1. Vusala 09 Mart 2019

    Salam,A-dan Z-ye kitabi neceyedir

  2. Cavidan 26 Dekabr 2019

    Salam. Kargüzarlıq. A- dan z-ye kitabını . Şamaxinkaya çatdira bilersiz?

  3. Rəxşəndə 19 May 2022

    Salam.Zəhmət olmasa təmir ustası 10 cu dərəcəli ştat işçisinə əsas neçə gün əmək məzuniyyəti düşür.

Şərh yazın