Aktın tərtibi və rəsmiləşdirilməsi zamanı 10 VACİB MƏQAM
"Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə
1) İstənilən akt 2 və daha çox şəxs tərəfindən imzalanmalıdır;
2) Əgər akt üçün qanunvericilikdə xüsusi forma nəzərdə tutulmuşsa, mütləq həmin formada tərtib olunmalıdır. Bütün digər aktlar təşkilatın blankında rəsmiləşdirilir;
3) Aktın tarixi onun tərtib olunduğu tarixdir. Əgər aktın tərtib olunmasından əvvəl işlər görülmüşsə, (bu, inventarizasiya, avadanlıqların sınaqdan keçirilməsi və sair üçün xarakterikdir) o zaman aktın mətnində bu period göstərilməlidir;
Məsələn, “Materialların silinməsi haqqında akt” və yaxud “Yerinə yetirilmiş işlərin qəbulu aktı” və sair;
4) Aktın mətni onun tərtib olunması əsasının göctərilməsi ilə başlanılır. Bu əsas müqavilə, əmr, hansısa normativ sənəd ola bilər;
5) Aktın girişində komissiyanın üzvləri və ya aktın tərtib olunmasında iştirak edənlər sadalanmalı, sədr ayrıca qeyd olunmalıdır. Komissiya üzvlərinin sıralanması, adətən vəzifələrinə görə deyil, əlifba sırası ilə aparılır;
6) Aktın mətnində aktın tərtib olunmasına əsas verən situasiyanın, faktın inkişafı əks etdirilməli, sonda nəticələr çıxarılmalıdır;
7) Aktın mətninin cədvəl şəklində verilməsinə, mətnin abzas və punktlara ayrılmasına icazə verilir. Yaxşı olar ki, aktların tərtibi zamanı “biz, aşağıda imza edənlər”, “hazırki aktı ona görə tərtib etdik ki” kimi köhnəlmiş ifadə vasitələrindən qaçasınız. - Aktın nüsxələrinin sayı əgər normativ sənəddə təsbit edilməmişsə, o zaman maraqlı tərəflərin sayı ilə müəyyən edilir;
8) Əgər akta əlavə nəzərdə tutulmuşsa (çox rast gəlinməsə də, mümkün variantdır), bu barədə qeyd imzadan əvvəl yazılır. Aktı bütün komissiya üzvləri və ya onun tərtibində iştirak edən bütün iştirakçılar imzalamalıdırlar. İmza yerində komissiya üzvlərinin vəzifələrinin göstərilməsinə ehtiyac yoxdur (ancaq göstərilməsinə də hər hansı qadağa qoyulmur), imzalar aktın mətnindəki aradıcıllıqla verilməlidir;
9) Əgər kimsə aktın məzmunu ilə razı deyilsə belə, o, mütləq aktı imzalamalıdır. Narazı üzv qeydinin olmasını yazmaqla imza atmalıdır. Onun qeydi ayrıca vərəqdə yazılır və akta əlavə olunur;
10) Fəaliyyəti sənəddə əks olunan (maraqlarına toxunulan) şəxs aktla mütləq tanış edilməlidir. İmzalardan aşağıda yazılmalıdır: “Aktla tanış edildi (lər):”. Bundan sonra maraqlı tərəflərin aktla tanış olmasını sübut edən imzalar atılmalıdır. Bəzi aktlar var ki, qüvvədə olan normativ sənədlərin tələblərinə görə, rəhbər tərəfindən təsdiq edilməlidir. Kargüzarlıqla bağlı normalara uyğun olaraq təsdiq qrifi aktın birinci vərəqinin sağ yuxarı güncünə yerləşdirilir.
"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA
Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.
Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.
Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.
Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
3 Komment
Şadoğlan Vəliyev 22 Avqust 2019
akta imza edənlərin sayı tək olmalıdır,yəni minumum 3 nəfər tərəfindən imzalanmalıdır!
İftixar 28 Yanvar 2020
Salam, aktların qeydiyyatı kitabı olur? Əgər olursa zəhmət olmasa formasını deyərdiz.
Sona 05 İyul 2021
aktı eyni şöbə və ya departamentin şəxsləri imzalaya bilərmi? məsələn mühasibatlıqda silinmə və ya sənədi olmayan xərc aktıdırsa, minimum neçə nəfər belə akta imza çəkməlidir?
Şərh yazın