Sənədlərdə sözlərin düzgün yazılışı necə olmalıdır (Misallarla İZAH)

Sənədlərdə sözlərin düzgün yazılışı necə olmalıdır (Misallarla İZAH)

"Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Sənədlərdə sözlərin düzgün yazılışının, sənədin mətninin savadlı tərtib olunmasının çox mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq praktikada çox istifadə olunan bəzi sözlərin düzgün yazılış qaydalarını təqdim edirik.

  1. Ölkələrin, muxtar respublikaların, muxtar vilayətlərin, diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır. Məsələn, Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
  2. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Milli Məclisinin Sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili),fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır. Məsələn,Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Bakı Dövlət Universiteti və sair.
  3. Orden və medalların adı dırnaqda böyük hərflə yazılır. Məsələn, “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı və sair.
  4. İxtisarlar üç cür yazılır:
  5. a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və kiçik hərflərlə yazılır. Məsələn, AR İN (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), ÜDM (ümumi daxili məhsul), KİV (kütləvi informasiya vasitələri), c. (cild), m. (metr), n. (nüsxə), kq. (kiloqram) və sair.
  6. b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır. Məsələn,akad. (akademik), prof. (professor), səh. (səhifə), küç. (küçə), şəh. (şəhər), qəs. (qəsəbə) məs. (məsələn), tel. (telefon), AzərTAc (Azərbaycan Teleqraf Agentliyi) və sair.
  7. c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır. Məsələn, d-r (doktor), z-d (zavod) və sair.
  8. İxtisarlara əlavə edilmiş şəkilçilər onların son hecasına uyğun olaraq yazılır. Məsələn,AMEA-nın, ARDNŞ-yə və sair.

 "KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

3 Komment

  1. Nüşabə 05 İyul 2019

    Salam. Bilmək istərdim ki, sertifikat və diplomlarda ad, soyad və ata adı sıralaması nece olmalıdır?

  2. Elxan 10 Dekabr 2019

    istiqlal marşı necə yazılmalıdır? Yəni dırnaq işarəsi hər iki söz üzrə olmalıdır və yaxud istiqlal sözü üzrə. əvvəlcədən təşəkkür edirik.

  3. Kamran 11 Oktyabr 2021

    Salam. Rəsmi yazışmalarda "sizə" sözü necə yazılmalıdır, böyük ya balaca? Söbət cümlənin ortasından gedir. Cavabınız üçün təşəkkür edirəm.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər