Dəyişiklik: Nazirlik hansı hallarda işəğötürəndə işləri dayandıra biləcək (27-ci yazı)
Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan iyirmi altı yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti, əmək haqqının ödənilmə müddəti, orta əmək haqqının hesablanması, nümünəvi əmək müqaviləsinin forması ilə bağlı təklif olunan dəyişikliklər, əmək müqaviləsi imzalanan zaman tələb olunan sənədlər, əmək müqaviləsinin müddəti, hamiləliyə və doğuşa görə məzuniyyət,xəstə qohuma qulluq və əmək müqaviləsinin yalnız kağız üzərində bağlanması ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.
Bu yazımızda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının səlahiyyətləri ilə bağlı təklif edilən bağlı dəyişikliklər haqqında məlumat verəciyik.
Əmək Məcəlləsinin "Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan" adlı 15-ci maddəyə aşağıdakı dəyişiklik təklif edilir:
15-ci maddənin 2-ci hissəsində
―səlahiyyəti çərçivəsində sözləri çıxarılsın,
―inzibati məsuliyyətə cəlb etmək sözlərindən sonra
― , əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işəgötürənin, müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işini dayandırmaq sözləri əlavə edilsin.
Təklif edilən dəyişiklikdə məqsəd Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini artırmaqdır. Cari Əmək Məcəlləsinə uyğun olaraq, bu səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçririr. Təklif edilən dəyişikliyə əsasən, Nazirliik əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işəgötürənin, müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların İŞİNİ DAYANDIRMAQ HÜQUQUNA malık olacaq. Misal üçün, Nazirliyinin "AA" MMC-də nəzarət tədbirləri nəticəsində müəyyən edərsə ki, əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən hal(lar) varsa, o zaman öz səlahiyyətləri çərçivəsində işləri dayandıra biləcək.
"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda
Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.
Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.
Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.
Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın