YENİLİK: Əmək Məcəlləsində yaxın qohuma qulluq edən işçiyə FƏRQLİ YANAŞMA (25-ci yazı)

YENİLİK: Əmək Məcəlləsində yaxın qohuma qulluq edən işçiyə FƏRQLİ YANAŞMA (25-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan iyirmi dörd yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti, əmək haqqının ödənilmə müddəti, orta əmək haqqının hesablanması, nümünəvi əmək müqaviləsinin forması ilə bağlı təklif olunan dəyişikliklər, əmək müqaviləsi imzalanan zaman tələb olunan sənədlər, əmək müqaviləsinin müddəti ilə bağlı təklif olunan dəyişikliklər və hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda Əmək Məcəlləsinə daxil edilən yeni anlayış – Ailə vəzifələri olan işçi haqqında məlumat verəciyik.

Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

2-1. Ailə vəzifələri olan işçi – himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları,  bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi.; 

Əmək Məcəlləsinə təklif olunan yeni anlayış sırf yaxın qohuma qulluq edən şəxslərə imtiyazların verilməsi ilə bağlıdır. Yəni, işəgötürən həkim məsləhət komissiyasının rəyinə əsasən qeyd olunan şəxslərə qulluq edən işçilərə fərqli yanaşmalar tətbiq edə biləcək.

Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlı 16-ci maddəsinə təklif edilən əlavəyə əsasən ailə vəzifəli olan şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilməyəcək. Yəni işəgötürən bu cür işçilərə əmək münasibətləri zamanı fərqli güzəşt vəya əlavə təminatlar müəyyən edə bilər.

Bundan əlavə, təklif edilən digər dəyişikliyə əsasən, kollektiv saziş zamanı işəgötürən ailə vəzifələri olan işçilər üçün uşağa qulluq və ailəyə kömək göstərilməsi üzrə müəssisə və xidmətlərin yaradılması öhdəliyinə götürəcək.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Behbudova Elvira 21 Dekabr 2022

    Salam anam 4derece anoloji xəstədir Ona qulluq etmək üçün işə hansı sənədlər təqdim olunmalıdır?mənə verilən icazə dövründə mən işdən əmək haqqı alacam?

Şərh yazın