HR-lar üçün BƏD XƏBƏR: Əmək müqaviləsi ilə bağlı istinad etdikləri BOŞLUQ "doldurulur" (23-cü yazı)

HR-lar üçün BƏD XƏBƏR: Əmək müqaviləsi ilə bağlı istinad etdikləri BOŞLUQ "doldurulur" (23-cü yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan iyirmi iki yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti, əmək haqqının ödənilmə müddəti, orta əmək haqqının hesablanması, nümünəvi əmək müqaviləsinin forması ilə bağlı təklif olunan dəyişikliklər həmçinin əmək müqaviləsi imzalanan zaman tələb olunan sənədlər haqqında ətraflı məlumat vermişik.

 Bu dəfəki yazımızda HR-ların Əmək Məcəlləsində istifadə etdiyi boşluq haqqında məlumat verəciyik.

 Əmək Məcəllləsinin “Müddətli əmək müqaviləsi bağlanan hallar” adlı 47-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

 47-ci maddə üzrə:

f bəndində ―tərəflərin sözündən əvvəl ―iş və ya göstərilən xidmət daimi xarakterə malik olmadıqda sözləri əlavə edilsin.

Təklif edilən dəyişiklik haqqında məlumat verməmişdən öncə bildirək ki,  Əmək Məcəlləsinin 47-ci maddənin f bəndi əmək müqaviləsi imzalanarkən ən çox istinad edilən bənddir. Bildiyimiz kimi,  Müddətli əmək müqaviləsi bağlanması halları Əmək Məcəlləsinin 47-ci maddəsi ilə tənzimlənir. Bu hallarla bağlı siyahı uzun olduğu üçün bildirmək istərdik ki, əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi və s. hallarda tətbiq edilir. Amma son zamanlar təcrübədə ən çox istifadə edilən hal Əmək Məcəlləsinin 47-ci maddəsindəki f (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndidir.  Bu bəndə əsasən, işçi və işəgötürən razılaşa bilərlər ki, hər iki tərəfin hüquq bərabərliyi prinsiplərinə əməl olunmaq şərti ilə əmək müqaviləsi müddətli bağlanılsın.

Təklif olunan dəyişiklikdə Əmək Məcəlləsindəki bu boşluq aradan qaldırılır. Belə ki, dəyişikliklər qüvvəyə mindikdən sonra, iş və ya göstərilən xidmət daimi xarakterə malik olmadıqda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi MÜDDƏTLİ bağlana biləcək.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

2 Komment

  1. İsmayılova Lamiyə 13 Fevral 2019

    Bu dəyişklik qüvvəyə mindiyi halda müddətli Əmək müqaviləsi bağlanılan zaman həmin maddənin yəni 47-ci maddənin ğ (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) bəndi əsas götürülə bilər?

  2. İsmayılova Lamiyə 13 Fevral 2019

    Bu dəyişklik qüvvəyə mindiyi halda müddətli Əmək müqaviləsi bağlanılan zaman həmin maddənin yəni 47-ci maddənin ğ (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) bəndi əsas götürülə bilər?

Şərh yazın