Əmək müqaviləsinin nümünəvi formasına təklif ediləcək CİDDİ DƏYİŞİKLİK (21-ci yazı)

Əmək müqaviləsinin nümünəvi formasına təklif ediləcək CİDDİ DƏYİŞİKLİK (21-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan iyirmi yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti, əmək haqqının ödənilmə müddət həmçinin orta əmək haqqının hesablanması ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu dəfəki yazımızda Əmək Məcəlləsinə əlavə olunan nümünəvi əmək müqaviləsinə təklif edilən dəyişiklik haqqında məlumat verəciyik.  Əmək Məcəlləsinə birinci əlavə olan əmək müqaviləsinin formasına aşağıdakı dəyişiklik təklif edilir:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə üzrə:

2.2-ci bəndinin ikinci cümləsi çıxarılsın;

Qüvvədə olan Əmək Məcəlləsinin 1 saylı əlavəsi olan Əmək müqaviləsinin 2-ci paraqrafı olan əmək müqaviləsinin müddətinin 2.2-ci bəndi belədir:

2. Əmək müqaviləsinin müddəti
 ...
 2.2. İşin birinci __________ həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini __________ gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.

 Göründüyü kimi, 2.2-bi bəndə olan ikinci cümlən bəzi hallarda çox mübahisələrə səbəb olur ki, sınaq müddəti bitməmiş tərəflərdən biri istənilən vaxt əvvəlcədən xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. Qeyd edək ki, bu boşluqla bağlı təşkilatımızın nəşri olan “Əmək Münasibətləri:A-dan Z-yə” kitabında da məlumat vermişdik:  "Əmək müqaviləsinə sınaq müddəti ərzində xitam verilməsinə misal gətirək. Tutaq ki, təqdim etdiyimiz nümunədə müqavilə imzalandıqdan 1 ay sonra məlum olub ki, Hüseynov Tapdıq Hüseyn oğlunun peşəkarlıq səviyyəsi təşkilat üçün yetərli deyil. Bu zaman işəgötürən işçiyə yazılı məlumat verməlidir və işçi məlumatla tanış olmalıdır. Bəzən olur ki, sınaq müddəti bitməmiş işəgötürən işçini işdən azad edir, sonradan yoxlama zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri iradlarını bildirirlər ki, sınaq müddəti qurtarmamış işçini işdən çıxarmaq olmaz. Məntiqlə yanaşsaq, düzgün iraddır. Müddət ona görə qoyulur ki, vaxt başa çatanadək işçinin yararlılığını aşkara çıxarmaq mümkün olsun. Problem yaranmaması üçün işəgötürənlərə tövsiyə edərdik ki, əmək müqaviləsinin ləğv olunması qərarına gəliblərsə, sınaq müddəti qurtarana 3 gün qalmış bunu etsinlər."

 Göründüyü kimi, təklif edilən dəyişiklikdə bu boşluq aradan qaldırılacaq və işçi yalnız sınaq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam vermək mümkün olacaq.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın