Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Orta əmək haqqının hesablanması bu halda fərqli olacaq (20-ci yazı)

Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Orta əmək haqqının hesablanması bu halda fərqli olacaq (20-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on doqquz yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti həmçinin əmək haqqının ödənilmə müddət ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda orta əmək haqqının hesablanmasın qaydasına edilən dəyişiklik haqqında məlumat verəciyik.

Əmək Məcəlləsininin "Orta əmək haqqı və onun hesablanması qaydası" adlı 177-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

177-ci maddə üzrə:

2-ci hissəyə aşağıdakı redaksiyada cümlə əlavə edilsin:

Bu halda qismən ödənişli sosial məzuniyyət və digər üzürlü səbəbdən işçinin əvvəlki iki təqvim ayı ərzində əmək haqqı olmadıqda bir günlük əmək haqqı aylıq tarif (vəzifə) maaşını normal iş vaxtı üzrə aylıq orta iş günlərinin sayına bölməklə tapılır.;

Təklif olunan dəyişiklikdə məqsəd işçinin xeyrinə olan dəyişiklikdir. Fikrimizi misalla izah edək ki, işçininin əmək haqqısı 500 manatdır. Öncəki ayda işçi qismən sosial vəya ödənişsiz məzuniyyətdə olduğu üçün əmək haqqı hesablanmayıb. Qüvvədən olan Əmək Məcəlləsinə əsasən bu istisna hal kimi qəbul EDİLMİR. Qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Təklif olunan dəyişiklk təsdiq olunduqdan işçinin üzrlü səbəbdən əvvəki 2 ay ərzində əmək haqqısı olmadıqda, əvvəlki 2 təqvim ayı yox, işçinin  bir günlük əmək haqqı aylıq tarif (vəzifə) maaşı əsas götürələcək. Misal üçün 20 iş günü üçün işçinin əmək haqqısı 500 manatdırsa, deməli 1 bir günlük əmək haqqı aylıq tarif (vəzifə) maaşı 25 (500 manat / 20) manat hesab ediləcək. 

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın