Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Əmək haqqıların verilməsi qaydası SƏRTLƏŞDİRİLİR (19-cu yazı)

Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Əmək haqqıların verilməsi qaydası SƏRTLƏŞDİRİLİR (19-cu yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on səkkiz yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, həmçinin təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızıda əmək haqqının ödənilməsi ilə bağlı məsələrə aydınlıq gətirəciyik. 
 
Əmək Məcəlləsinin "Əmək haqqının verilməsi müddətləri maddəsinə" adlı 172-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:
172-ci maddənin 1-ci hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Aylıq əmək haqqı işçilərə iki hissəyə bölünərək (avans və qalan hissəsi məbləğlərində) ayda iki dəfə bərabər vaxt fasiləsi ilə verilməlidir.

Dəyişiklikdə məqsəd aylıq əmək haqqının verilməsi müddəti məsələsini konkretləşdirməkdir. Qüvvədə olan Əmək Məcəlləsində əmək haqqının ayda 2 dəfə verilməsi tövsiyə xaraktelirdir.  Maddədə qeyd edilir ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsində əmək haqqlnln ayda ən azı bir dəfə verilməsi isə artıq tələbdir: Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Yeni təklif olunan dəyişiklikdə isə  əmək haqqının ayda iki dəfə tövsiyyə yox tələb formasındadır ki, aylıq əmək haqqı işçilərə iki hissəyə bölünərək (avans və qalan hissəsi məbləğlərində) ayda iki dəfə bərabər vaxt fasiləsi ilə verilməlidir. Göründüyü kimi, işçiyə əmək haqqının verilməsi zamanı ay ərzində iş günlərin sayı yox, təqvim günləri əsas tutulur.
 

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. mikayl 01 Fevral 2019

    Vallah bunlarin basi xarab olubeee.her yerda esasen indi sox sahe mikro sahibkarlardir yani teqriben 1-3-5 isci olanlardir.onlarda ozleri isciye ayda 1 defa dansidiqlari pulu naxdsiz qaydada verir.kazixa yazilan emek haqqida muhasib ucundur...indi emek haqqi 2 defa verilisin deyanda yalandan muhasibin isi artir,ayda iki defa yaz poz.cerma etmek ucun yer qoyurlar.hek olmsa bunu huquqi sexslera aid edin.onsuzda mikro ferdi sahibkarlar coxu angaq vergi hesabat veriri .muhasibatliq aparan yok..umumiyetla huquqi wexs ve ferdi sahibkar arasinda bunlari ucun muhasibtliq qaydasi ferqli olmalidir,,,bundasa hek olmsa minimum emek haqin artirinda 130 manat olub qalib))

Şərh yazın