Əmək Məcəlləsinə İşcinin məzuniyyəti ilə bağlı MÜSBƏT DƏYİŞİKLİK (17-ci yazı)
Bu dəyişiklik təsdiq olunduqdan sonra, işçilər daha çox məzuniyyət haqqı almaq imkanına malik olacaqlar
Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on altı yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, həmçinin təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə və işçinin məzuniyyət hüququ ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.
Bu yazımızda məzuniyyətin hesablanması qaydası ilə bağlı edilən təklifə aydınlıq gətirəciyik.
Əmək Məcəlləsinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi” adlı 140-cu maddəyə aşağıdakı dəyişiklik təklif edilir:
140-cı maddə üzrə:
1-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
Məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyət və digər üzürlü səbəbdən işçinin məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayında əmək haqqı tam olmadıqda bu aylar əmək haqqı olan əvvəlki yaxın tam aylarla əvəz olunur.
Təklif olunan dəyişiklikdə məzuniyyət haqqının hesablanması zamanı işçinin xeyrinə olan hesablama metodu təklif olunur.
Fikrimizi nümünə ilə izah edək: İşçi 2019-cu ilin aprel ayında əmək məzuniyyətinə çıxdığı üçün əmək qanunvericiliyinə uygun olaraq əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən məzuniyyət haqqı hesablanır. Məzuniyyət haqqının hesablanması zamanı məlum olur ki, işçi 2018-ci ilin dekabr ayında üzrlü səbəbdən tam işləmədiyi üçün hesablanan əmək haqqı məbləği digərlərinə nisbətən az olub. Təklif olunan dəyişiklik imkan verir ki, işəgötürən məzuniyyət haqqı üçün hesablamalar zamanı işçinin dekabr ayında tam işləmədiyi üçün hesablanan az əmək haqqını 2018-ci ilin noyabr ayı üzrə hesablanan əmək haqqı məbləğini ilə əvəzləşdirilsin.
"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda
Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.
Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.
Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.
Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın