Əsas və əlavə məzuniyyət cəmlənməsi qaydasına son nöqtə (15-ci yazı)

Əsas və əlavə məzuniyyət cəmlənməsi qaydasına son nöqtə (15-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on dörd yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, həmçinin təhsil məzuniyyətinin hesablanması və növbəli iş rejimi ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda əsas və əlavə məzuniyyət müddətlərinin cəmlənməsi qaydasında dəyişiklik haqqında məlumat verəciyik. Əmək Məcəlləsinin “Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası” adlı 134-cü maddənin tələbləri hər zaman müzakirə olunan məsələlərdəndir. Qeyd edək ki, bu maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı var. 17 iyun 2003-cü ildə keçirilən iclasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh edilib.
Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirməlidir.

Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə, əsas və əlavə məzuniyyətin cəmlənmə qaydası dəyişdirilir:

İşçinin eyni vaxtda bu Məcəllənin 115-ci və 116-cı maddələrinin hər birində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, hər iki maddə üzrə, lakin bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.

Təklif olunan dəyişikliyi misalla izah edək:
Misal üçün: “AA” MMC-də çalışan işçiyə Əmək Məcəlləsinin “Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri” adlı 115-ci maddəsinin tələblərinə uyğun olaraq, ağır və zərərli iş yerinə görə 6 gün əlavə məzuniyyət düşür.
İşçinin 11 il iş stajı olduğu üçün də Əmək Məcələsinin “Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası” adlı 116-ci maddəsinə görə 4 gün əlavə məzuniyyəti hesablanır. Bu zaman, işçiyə əlavə məzuniyyət müddəti olaraq 10 (6+4) gün hesablanmalıdır.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

1 Komment

  1. Aytakin 17 Mart 2022

    Salam. Mecellenin 136.2 maddesinde daha çox müddətli 1 elave mezuniyyet deyir. Her hansi birini işçi seçmelidir anlamina gelir?

Şərh yazın