Artıq bu halda işçi ərizəsində göstərdiyi gün yox, bir ay sonra işdən çıxa biləcək (9-cu yazı)

Artıq bu halda işçi ərizəsində göstərdiyi gün yox, bir ay sonra işdən çıxa biləcək (9-cu yazı)

İşçinin ziyanına olan daha bir Dəyişiklik:(

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayır. İlk səkkiz yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi və işçinin işdən kənarlaşması ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası ilə bağlı dəyişiklik haqqında məlumat verəciyik.

Qeyd edək ki, cari Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Amma müəyyən istisnalar var ki, işçi ərizədə göstərdiyi gün əmək müqaviləsini ləğv etdirə bilər. Bunlara aşağıdakılar aiddir:

  • yaşa, əlilliyə görə təqaüdə çıxdıqda;
  • təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda;
  • yeni yaşayış yerinə köçdükdə;
  • başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;
  • seksual qısnamaya məruz qaldıqda;
  • və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, işçilərin ən çox istifadə etdiyi istinad halı çıxarılır:

  69-cu maddə üzrə:

 3-cü hissədə ―başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, sözləri çıxarılsın;

Təklif edilən dəyişiklikdən aydın olur ki, işçi başqa işəgötürənlə əmək müqaviləsi imzalanmasına baxmayaraq, artıq ərizədə göstərilən gündə əmək müqaviləsinə xitam verilməyəcək. Yəni bu istisna ləğv edildiyindən işçi bu halda mütləq bir ay gözləməlidir. Göründüyü kimi, Əmək Məcəlləsinə  işçinin ziyanına olacaq növbəti dəyişiklik təklif edilir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər