HR-lar üçün VACİB amma BƏD DƏYİŞİKLİK: YENİ CƏRİMƏ GƏLİR....(7-ci yazı)

HR-lar üçün VACİB amma BƏD DƏYİŞİKLİK: YENİ CƏRİMƏ GƏLİR....(7-ci yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayır. İlk altı yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti və distant işlə bağlı ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda HR-larımız üçün vacib olan məsələ haqqında məlumat verəciyik. Xatırladaq ki, son dövrlərdəki Əmək Məcəlləsinə edilən ciddi dəyişikliiyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir
İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, cərimələr sırf əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq olunurdu. Bu səbəbdən, bəzi HR-lər işçinin əmək müqaviləsində hər hansı dəyişiklik olduqda, bu haqda məlumatı elektron informasiya sisteminə bir az gec müddətə daxil edirdilər vəya ümümiyyətlə daxil etmirdilər.
Artıq Əmək müqaviləsinə təklif  edilən dəyişikliyə əsasən, əmək münasibətləri prosesində işçinin əmək müqaviləsində hər hansı dəyişiklik (əmək haqqının artırılması, tərəflərin razılığı ilə əlavə şərtlərin müəyyən edilməsi və s.) edildikdə və ya əmək müqaviləsinə xitam verildikdə bununla bağlı bildirişlərin elektron informasiya sisteminə daxil edilməlidir:

aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

5. Bu maddənin birinci hissəsinin tələblərini pozan, əmək müqaviləsi bağlanıldıqda, əmək münasibətləri prosesində işçinin əmək müqaviləsində hər hansı dəyişiklik (əmək haqqının artırılması, tərəflərin razılığı ilə əlavə şərtlərin müəyyən edilməsi və s.) edildikdə və ya əmək müqaviləsinə xitam verildikdə bununla bağlı bildirişlərin elektron informasiya sisteminə daxil edilməsini təmin etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada  məsuliyyət daşıyırlar.

Göründüyü kimi, Əmək Məcəlləsinə təkilf ediləb dəyişlikdə cari əmək müqaviləsi ilə dəyişikliklərin edimədiyi halda işəgötürənə qarşı cərimə tətbiq olunması qeyd edilib. Böyük ehtimalla, Əmək Məcəlləsindəki bu əlavə ilə bağlı ,İnzibati Xətalar Məcəlləsinin 192-ci "Əmək qanunvericiliyinin pozulması" maddəsinə dəyişiklik vəya əlavə ediləcək.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər