Əmək müqaviləsinin müddəti ilə bağlı BOŞLUQ aradan qaldırılacaq (5-ci yazı)
Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayacaq. İlk dörd yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri və ezamiyyətlə ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.
Bu yazımızda, Əmək müqaviləsinin müddəti ilə bağlı olan ciddi dəyişiklik haqqında məlumat verəciyik.
Ötən ilin dəyişikliyinə əsasən, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin müddəti” maddəsinə əlavə edildi ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
5 ildən artıq müddətə davam edən əmək müqavilələri ilə bağlı 2 hala rast gəlinir:
Birincisi, işçi ilə hər dəfə 1 vəya 2 illik müddətli müqavilə imzalanır, yekunda müddətli əmək müqaviləsi fasiləsiz olaraq artıq 5 ili keçdiyi halda, onunla daha qısa müddətli əmək müqaviləsi bağlana bilməz. Cünki əmək məcəlləsinin tələblərinə uyğun olaraq, işçi ilə əmək münasibətləri 5 ildən artıq olduğu halda müddətsiz əmək müqaviləsi hesab olunur.
İkincisi odur ki, təşkilat tender qalib olur və işin təhvil verilməsi ilə bağlı 6 illik müqavilə imzalayır. Bu zaman işəgötürən işçi ilə 6 illik əmək müqaviləsi bağlasa da, son dəyişikliyə əsasən, bu müqavilə də artıq 5 ildən sonra müddətsiz hesab edilirdi. Təbii ki, bu da ekspertlər tərəfindən Əmək Məcəlləsində boşluq kimi qiymətləndirildir. Cünki, işəgötürən fəaliyyəti üzrə müddəti 6 il olması səbəbindən işçi ilə müddətli əmək müqaviləsi imzalayıb.
Artıq Əmək Məcəlləsinə təklif edilən aşağıdakı dəyişiklikdə bu boşluq aradan qaldırılacaq.
45-ci maddə üzrə:
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu hal 5 il və ya ondan artıq müddətə bağlanılmış əmək müqavilələrinə bu Məcəllənin 68.2.3-cü maddəsi ilə xitam verilmədiyi hallarda tətbiq edilir.
Təklif edilən dəyişiklikdən döründüyü kimi, 5 il və ya ondan artıq müddətə bağlanılmış əmək müqaviləsin müddəti bitdikdə, işəgötürən Əmək Məcəlləsinin 68.2.3-cü maddəsinə uyğun əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə xitam verə bilər.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
5 Komment
Salim 16 Yanvar 2019
Salam,sizə iki sualım var 1)işəgötürən əmək müqaviləsini bir aylıq bağlaması nə dərəcədə düzgündür layihə bir il davam edir, amma işəgötürən müqaviləni aylıq olaraq yeniləyir 2)İşəgötürən işçini hər hansı bir 2-3 il müddəti olan layihəyə işə götürür müqaviləni 6 aylıq bağlayır sonra yenidən 6 aylıq 4 aylıq,sonda 1-2 aylıq bağlayır və kompensasiya ödəmir bu ne derecede düzgündür,əgər işçi ardıcıl olaraq 3-5 il işləyibsə ona kompensasiya verilməli deyil?(Məzuniyyətdən əlavə)
Azer 26 Oktyabr 2019
Salam. Men 4 ildi bir muessede işleyirem. Her defesinde 1 illik muqavile imzalanir. Bu illik muqavile muddeti 31 dekabr da bitir. Xahis edirem mene bildiresiniz, eyer muqavile muddeti bitdiyine gore men işden azad edilsem şirket terefinden mene kompensasiya ödenilmelidirmi?? Önceden tesekkirler.
Rustemova Konul 15 Sentyabr 2022
Salam.Men herhansi bir muessiseyle emek muqavilesi baglayiramsa eger,o muqavile quvveye minenedek men o iş yerinde pulsuz calişmaliyam?Yoxsa quvveye minen günden işe başlamalıyım?Yaxud işlediğim günler icun Elave pul almaliyam?
Turgut 20 Oktyabr 2022
Salam men yeni is yerimle 3 ayliq muqavile imzalamisam lakin muqavilenin muddeti 2 gundur bitib ve men yeni muqavilemi hele de yenilememisem bilmek isteyerdim kj men yeni muqavile imzaladiqdan sonra menim o is yerindeki stajım yeniden başlayir ya evvel islediyim 3 ay stajın üzerine gelir?tesekkur!!!
Səidə Rəhimli 19 Fevral 2023
Salam Müddətsiz əmək müqaviləsi hər 5 ildən bir yenilənməlidirmi?
Şərh yazın