Əmək Məcəlləsində YENİ anlayış olacaq EZAMİYYƏT ilə bağlı 3 məqam
Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayacaq. İlk üç yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi və məzuniyyət günlərinə təsadüf bayram günləri ilə bağlı dəyişikliklər haqqında məlumat vermişdik.
Bu yazımızda, Əmək Məcəlləsinə yeni anlayış kimi əlavə edilməsi təklif edilən ezamiyyət haqqında məlumat verəciyik. Dəyişikliyə əsasən, ezamiyyətin tərifi aşağıdakı şəkildə olacaq:
Ezamiyyət– işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin iş yerindən müəyyən olunmuş müddətə hər gün daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı başqa yerə xidməti tapşırığı yerinə yetirmək və ya işgüzar səfər üçün getməsi.
Ezamiyyətlə bağlı Əmək Məcəlləsinin 3-cü maddəsinə dəyişiklik ediləcək:
1) “İşəgötürənin əsas hüquqları” adlı 11-ci maddəsinə edilən dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işçiləri ezamiyyətə göndərmək də işəgötürənin hüquqlarına aid edilib.
2) “Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” adlı 79-cü maddəsinə əlavə olunub ki, işçi ezamiyyətdə olduğu halda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qadağandır.
3) Ezamiyyətlə bağlı ən maraqlı dəyişiklik Əmək Məcəlləsinin 130-cu maddəsinə edilib. Əlavə olunan bəndə əsasən, artıq işçi əsas və ya əlavə iş yerində ezamiyyətə gedərsə müvafiq olaraq əlavə və ya əsas iş yerində ezamiyyə müddəti qədər işçinin xahişi ilə ödənişsiz məzuniyyət verilir.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Gülnar 12 Yanvar 2019
Salam biz publik hüquqi şəxsik.Bilmək istərdim vergidən azad olmaq bizədə aiddir ya yox yeni qanunla
Şərh yazın