HR və Mühasib çətin durumda: Özəl sektorunda çalışan işçinin 550 manatlıq əmək haqqısında ciddi azalma (?!)

HR və Mühasib çətin durumda: Özəl sektorunda çalışan işçinin 550 manatlıq əmək haqqısında ciddi azalma (?!)

01 yanvar 2019-cu il tarixdən qüvvəyə minən Vergi Məcəlləsi ilə bağlı maraqlı nüanslar yaranıb. Özəl sektorda çalışan işçilərinin gəlir vergisi üzrə tam güzəşt olunsa da, mühasib və HR həmkarımız çətin vəziyyətlə üzləşib. Əsas iş yerində çalışan, müharibə veteranı olan işçiyə 550 manat əmək haqqı hesablanır. 

2018-ci dekabr ayı üzrə işçinin əmək haqqısı üzrə üzrə hesablamalar aşağıdakı kimi olub:

Hesablanan əmək haqqı - 550 manat

Gəlir vergisi - 0 manat (müharibə veteranı olduğu üçün Vergi Məcələsinə əsasən 400 manat güzəşt və 173 manat yaşayış minimumu çıxılır)

Sosial ayırma - 16,50 manat (3 faiz hesablama)

İşsizlik sığortası - 2.75 manat (0,5 faiz hesablama)

Ödəniləcək əmək haqqı - 530, 75 manat

2019-cu ilin yanvar ayı üzrə 550 manat əmək haqqı üzrə hesablama aşağıdakı kimidir:

Hesablanan əmək haqqı - 550 manat

Gəlir vergisi - 8000 manata qədər gəlir vergisi hesablanmır

Sosial ayırma - 41 manat  (6 manat + (550-200) x10 faiz)

İşsizlik sığortası - 2.75 manat (0,5 faiz hesablama)

Ödəniləcək əmək haqqı - 506,25 manat

Göründüyü kimi, 2019-cu ilin yanvar ayından müharibə veteranı olan işçinin əmək haqqısında nəinki artım, 24,50 (530,75-506,25) manat azalma verib. 

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

1 Komment

  1. Amal 10 Yanvar 2019

    sosial ayirma 41 azn sehv yazib axi. (500-200)=300*10%=30 ustegel baza hissesi 6 azn 36 azn edir 41 niye

Şərh yazın