Əmək Məcəlləsinə dəyişiklik: Əmək müqaviləsinin rəsmiləşdirilməsində 2 VACİB MƏQAM (2-ci YAZI)

Əmək Məcəlləsinə dəyişiklik: Əmək müqaviləsinin rəsmiləşdirilməsində 2 VACİB MƏQAM (2-ci YAZI)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayacaq. İlk yazımız istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya ilə bağlı olmuşdusa, bu yazımızda əmək müqaviləsinin rəsmiləşdirillməsi haqqında məlumat verəciyik.

Əmək Məcəlləsinin "Əmək müqaviləsinin forması" adlı 44-cü maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

44-cü maddənin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

 ―3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur. Müqavilənin bütün səhifələrini tərəflər imzalayır. Son səhifə işəgötürənin möhürü ilə təsdiq edilir. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.  İşçinin əmək müqaviləsinin nüsxəsini alması işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq edilməlidir..

Dəyişiklikdən sonra maddənin yeni variantı aşağıdakı kimi olacaq:

Maddə 44. Əmək müqaviləsinin forması

  1. Əmək müqaviləsi yazılı formada bağlanır.
  2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
  3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
    3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur. Müqavilənin bütün səhifələrini tərəflər imzalayır. Son səhifə işəgötürənin möhürü ilə təsdiq edilir. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.  İşçinin əmək müqaviləsinin nüsxəsini alması işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq edilməlidir..

 Yekun:  Dəyişikliyə əsasən, əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı 2 VACİB MƏQAM daxil edilib. Birincisi,  Müqavilənin bütün səhifələri həm "İşəgötürən" həm də "İşçi" tərəfindən İmzalanmalıdır. İkincisi isə odur ki, Əmək müqaviləsində işçinin əmək müqaviləsinin nüsxəsini alması barədə qeydi mütləq qeydi olmalıdır.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

2 Komment

  1. Solmaz 25 Oktyabr 2019

    işçi əmək məziniyyətindən 2019-cu ildə istifadə etməyibsə, onun əmək məzuniyyətini növbəti ilə keçirmək olar?

  2. Ziba 16 Noyabr 2019

    4 ayliq isdenen iscini isden sebebsiz yere isden azad edildikde tazminat dusur????

Şərh yazın