Əmək Məcəlləsində kompensasiya ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK (1-ci yazı)

Əmək Məcəlləsində kompensasiya ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK (1-ci yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayacaq. İlk yazımız istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya ilə bağlı dəyişikliklə əlaqədardır.

Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi” adlı 135-ci maddə üzrə 2 dəyişikklik təklif edilir.

  1. 135-ci maddə üzrə:

91.1. 1-ci hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:   ―Təqvim və ya iş ili ərzində işçi başqa vaxta keçirilməmiş əsas məzuniyyətdən mütləq istifadə etməlidir.;

91.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

  ―2. Növbəti iş və ya təqvim ilinə keçirilərək istifadə edilməmiş əsas  məzuniyyət günlərinə görə kompensasiya bu Məcəllənin 144-cü maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş qaydada ödənilir. .  

Dəyişiklikləri nəzərə aldıqdan sonra 135-ci maddə aşağıdakı kimi olacaq:

 1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Təqvim və ya iş ili ərzində işçi başqa vaxta keçirilməmiş əsas məzuniyyətdən mütləq istifadə etməlidir
  2. İşçi müvafiq iş  ilində  əmək məzuniyyətindən  istənilən  səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir

2. Növbəti iş və ya təqvim ilinə keçirilərək istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya bu Məcəllənin 144-cü maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş qaydada ödənilir

144-cü maddəyə də aşağıdakı dəyişikliyin olması gözlənilir:

. Əmək müqaviləsinə xitam verilərkən onun səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək bu Məcəllənin 134-cü maddəsinin üçüncü və dördüncü hissələrinə uyğun olaraq  növbəti iş və ya təqvim illərinə keçirilərək istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir..

134-cü maddənin üçüncü və dördüncü hissəsində qeyd edilən hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

  1. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;

b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;

4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

 Yekun olaraq bildirik ki, dəyişikliklər təsdiq olunduqdan sonra,  işci iş ilində əmək məzuniyyətdən mütləq istifadə etməlidir. Kompensasiya yalnız üzrlü səbəblərdən işçinin məzuniyyətdən istifadə etmədiyi halarda ödəniləcək.  Əsaslandırımış səbəblər də 134-cü maddənin 3 və 4-cü hissəsində qeyd olunduğu hallara uyğun gəlməlidir. Əgər hər hansı üzrsüz səbəbdən məzuniyyət başqa dövrlərə keçirilibsə, bu zaman həmin istifadə edilməmiş məzuniyyətə kompensasiya ödənilməyəcək.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

2 Komment

  1. Novruz 22 Sentyabr 2020

    Müddətsiz əmək müqaviləsi ilə işləyən işçinin ixtisara salınması zamanı kompensasiyanın ödənilməsi necə hesablanır

  2. Rauf Kazimov 10 Dekabr 2020

    Salam. Atam 8 ildir bagcada gözetçi işleyib. Ve hec zaman mezuniyyete cixmayib. 8 ilin kampisasiyasini nece ala bilerik? Xahis edirik komeklik gorsedesiz. Icra numayendeliyin muhasibi soyleyirki mumkun deyil odemek.

Şərh yazın