Əmək Məcəlləsinə köklü dəyişiklik: 163 maddə dəyişdiriləcək (TAM MƏTN +FAYL)

Əmək Məcəlləsinə köklü dəyişiklik: 163 maddə dəyişdiriləcək (TAM MƏTN +FAYL)

Vergi Məcəlləsindən sonra Əmək Məcəlləsinə də ciddi dəyişikliklər gözlənilir. Mks.az saytı həmin dəyişikliklərin mətni həmkarlarımıza təqdim edir. Səyişikliklər bağlı ciddi məsələri şərh edərək yaxın zamanlarda araşdıraraq Sizə təqdim edəcək. Yazının sonunda Dəyişikliyi fayl şəklində əldə etmək imkanı var.

Layihə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində   dəyişikliklər edilməsi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

   Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq  qərara alır:  

I.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, ―Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında 2016-cı il 14 oktyabr tarixli 339-VQD nömrəli Azərbaycan Respublikası Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 

 

  1. 1-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: ―Azərbaycan Respublikasının Konstitusiyasından;.

 

  1. 3-cü maddə üzrə:

2.1. adı aşağıdakı redaksiyada verilsin: ―

Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ;

 2.2. 1-ci hissədə ―mülkiyyətçinin sözündən əvvəl ―dövlət orqanı sözləri əlavə edilsin;

 2.3. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: ―

2-1. Ailə vəzifələri olan işçi – himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları,  bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi.; 

2.4. 3-cü hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin: ―Bu Məcəllənin məqsədləri üçün fiziki şəxs olan işəgötürən dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür.;   

2.5. 5-1-ci hissədən ―bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sözləri çıxarılsın;

 

2.6. 7-ci hissədə birinci halda ―və sözündən sonra mötərizədə  ―(və ya) sözləri əlavə edilsin. 

 

2.7.  9-cu hissəyə aşağıdakı redaksiyada 9-1-ci bənd əlavə edilsin: ―9-1. Ezamiyyət– işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin iş yerindən müəyyən olunmuş müddətə hər gün daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı başqa yerə xidməti tapşırığı yerinə yetirmək və ya işgüzar səfər üçün getməsi..   3. 4-cü maddə üzrə: 3.1. 2-ci hissədə ―öz evində sözlərindən sonra ―,habelə distant (məsafədən) iş və ya teleiş  formasında sözləri əlavə edilsin;   3.2.  3-cü hissədə ―təşkilatlar sözü ―təşkilatların  sözü, ―müəssisələrinə sözü ―müəssisələrinin elmi və pedaqoji işçilərinə sözləri ilə əvəz edilsin.

  1. 5-ci maddənin 2-ci hissəsində ―qulluqçularına, sözündən sonra ―Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, bələdiyyələrə seçilmiş şəxslərə sözləri əlavə edilsin.
  2. 6-cı maddə üzrə:

5.1. ―c  bəndi çıxarılsın;

5.2. ―ç bəndində ―fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) sözləri çıxarılsın;

  1. 7-ci maddə üzrə:

6.1. 2-ci hissədə  ―Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sözləri çıxarılsın, ―əmək münasibətləri sözləri ―Əmək münasibətləri kimi verilsin və bu hissəyə aşağıdakı məzmunda abzas əlavə edilsin: ―Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçiləri ilə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatı onları işə qəbul edən orqanlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına kağız və ya informasiya  daşıyıcılarında təqdim etdikləri məlumatlar əsasında, ―Dövlət sirri haqqında, ―Əməliyyat-axtarış fəaliyyəti haqqında və ―Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla aparılır..

6.2. 2-1-ci hissə çıxarılsın.   7. 9-cu maddənin ―b bəndində ―onu ləğv etmək sözləri ―ona xitam verilməsi sözləri ilə əvəz edilsin, ―o bəndinin sonunda nöqtə işarəsi nöqtəlivergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ―ö bəndi əlavə edilsin:   ―ö) ezamiyyə xərcləri normaları və qaydalarına uyğun olaraq ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq..

  1. 10-cü maddənin ―b bəndində ―müəssisədaxili sözü ―daxili sözü ilə əvəz edilsin.
  2. 11-ci maddə üzrə:

9.1. 1-ci hissənin ―b bəndində ―müqavilələrini ləğv etmək sözləri ―müqavilələrinə xitam vermək sözləri ilə, ―d bəndində ―müəssisədaxili sözü ―daxili sözü ilə əvəz edilsin;

9.2. 1-ci hissənin  ―g bəndinin sonunda nöqtə işarəsi nöqtəlivergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ―ğ bəndi əlavə edilsin: ―ğ) işçiləri ezamiyyətə göndərmək..

  1. 12-ci maddənin 1-ci hissəsi üzrə:

10.1. ―ə bəndində ―müəssisənin əsasnaməsinə (nizamnaməsinə) sözləri  ―dövlət qeydiyyatı sənədlərinə sözləri ilə əvəz edilsin;

10.2. ―h bəndində ―(bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) sözləri çıxarılsın.

  1. 13-cü maddənin 1-ci hissəsində ―hüquqlarından istifadə edə bilər sözləri ―hüquqlarına malikdirlər sözləri ilə əvəz edilsin.
  2. 14-cü maddənin 3-cü hissəsinin ikinci abzasında ―səlahiyyətləri çərçivəsində sözləri çıxarılsın.
  3. 15-ci maddənin 2-ci hissəsində ―səlahiyyəti çərçivəsində sözləri çıxarılsın, ―inzibati məsuliyyətə cəlb etmək sözlərindən sonra ―,əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işəgötürənin, müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işini dayandırmaq sözləri əlavə edilsin.
  4. 16-cı maddə üzrə:

14.1. 1-ci hissənin birinci cümləsində ―cinsinə, sözündən sonra ―cinsi oriyentasiyasına, sözləri, ―ailə vəziyyətinə sözlərindən sonra ―və ailə vəzifələrinə sözləri, ―hər hansı sözlərindən sonra ―birbaşa və dolayı sözləri əlavə edilsin, ―milliyyətinə sözü ―etnik mənsubiyyətinə sözləri ilə əvəz edilsin, ―ictimai-sosial sözləri çıxarılsın;

 14.2.  2-ci hissədə ―əlillərə, sözündən sonra ―ailə vəzifələri olan işçilərə, sözləri əlavə edilsin.

  1. 17-ci maddənin 1-ci hissəsinin birinci cümləsində  ―xitam veriləcəyi sözlərindən sonra ―və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi sözləri əlavə edilsin;
  2. 18-ci maddənin 1-ci hissəsinin ikinci cümləsində ―məhdudlaşdırıla bilər sözləri ―məhdudlaşdırılır sözü ilə əvəz edilsin.
  3. 21-ci maddə üzrə:

17.1. maddənin adında  ―Müəssisələrdə sözü ―İşəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin; 

17.2. 1-ci hissəsində ―Müəssisələrdə sözü ―İşəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin;

17.3. 2-ci hissəsində ―Müəssisənin mülkiyyətçisi, işəgötürəni sözləri ―Mülkiyyətçi, işəgötürən sözləri ilə əvəz edilsin;

17.4. 3-cü hissəsində ―Müəssisələrdə sözü ―İşəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin;

  1. 25-ci maddə üzrə:

18.1 3-cü hissədə ―müəssisədə sözü ―işəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin;

18.2 4-cü hissədə ―müəssisə daxilində sözləri ―işəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin.

  1. 27-ci maddənin 1-ci hissəsində ―aylıq sözü çıxarılsın.
  2. 28-ci maddə üzrə:

20.1 2-ci hissədə ―Müəssisədə sözü ―İşəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin;

20.2 3-cü hissəsinin birinci cümləsində ―müəssisənin özündə sözləri ―işəgötürənin özü ilə sözləri ilə, ikinci cümləsində ―Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində sözləri ―Filialda, nümayəndəlikdə və ya digər müstəqil struktur bölmələrdə sözləri ilə əvəz edilsin.

  1. 29-cu maddənin ikinci cümləsində ―Müəssisədə sözü ―İşəgötürənin iş yerlərində sözləri ilə əvəz edilsin;
  2. 31-ci maddə üzrə:

22.1. 2-ci hissənin birinci abzasında ―, bir qayda olaraq, sözləri, j) bəndində ―müəssisənin sözü çıxarılsın, ―a bəndində ―müəssisənin istehsal sözləri ―istehsalatın sözü, ―ı bəndində ―müqaviləsi ləğv edilərkən sözləri  ―müqaviləsinə xitam verilərkən sözləri ilə  əvəz edilsin;

22.2. 3-cü hissəsində ―müəssisənin sözü ―işəgötürənin sözü ilə əvəz edilsin.

  1. 32-ci maddə üzrə:

23.1. 4-cü hissədə ―Müəssisənin mülkiyyətçisinin sözləri ―Mülkiyyətçinin sözü ilə , ―müəssisə sözü ―işəgötürənin sözü ilə,  ―müəssisədə sözü ―işəgötürən tərəfindən sözləri ilə əvəz edilsin;

23.2. 5-ci hissədə ―Müəssisənin mülkiyyətçisi sözləri ―Mülkiyyətçi sözü ilə əvəz edilsin;

23.3. 6-cı hissədə ―Müəssisə sözü ―İşəgötürən sözü ilə əvəz edilsin, ―halda sözü çıxarılsın, ―ləğv olunduğu və ya sözlərindən sonra ―onun rəhbərlik etdiyi müəssisə sözləri, ―təşkil olunduğu sözlərindən sonra ―hallarda sözü əlavə edilsin;

23.4. 7-ci hissədə ―müəssisənin bütün işçilərinə sözləri ―bütün işçilərə sözləri ilə əvəz edilsin.

  1. 36-cı maddə üzrə:

24.1. birinci hissəsinin a) bəndində ―və həmkarlar ittifaqlarının ümumölkə (ölkə) birliyi arasında sözləri ― ,həmkarlar ittifaqlarının ümumrespublika (respublika) birliyi  və işəgötürənlərin nümayəndəli orqanı (birliyi)   sözləri ilə əvəz edilsin; 

24.2.  ikinci hissəsində ―Baş, sözü çıxarılsın.

  1. 38-ci maddə üzrə:

25.1. 2-ci hissənin a) bəndində ―müəssisələrin sözü ―işəgötürənlərin sözü ilə, g) bəndində ―müəssisələrdə sözü ―istehsalat sahələrində sözləri ilə, x) bəndində ―müəssisənin bağlanması sözləri

―işəgötürənin ləğv edilməsi sözləri ilə, i) bəndində ―müəssisələrə sözü ―işəgötürənlərə sözü ilə əvəz edilsin;

25.2. 2-cihissənin ―j bəndinin sonunda nöqtə işarəsi nöqtəli-vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ―k bəndi əlavə edilsin: ―k) ailə vəzifələri olan işçilər üçün uşağa qulluq və ailəyə kömək göstərilməsi üzrə müəssisə və xidmətlərin yaradılması. .

  1. 40-cı maddənin 2-ci hissəsində ―müəssisələrin işəgötürənlərinin sözləri ―işəgötürənlərin sözü ilə əvəz edilsin.
  2. Aşağıdakı məzmunda 41-1-ci maddə əlavə edilsin:

―Maddə 41-1. Sosial və iqtisadi məsələlər üzrə komissiya

Ölkədə sosial-əmək münasibətlərinin tənzimlənməsini təmin etmək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq və sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin,  ümumrespublika həmkarlar ittifaqları birliyinin və ümumrespublika işəgötürənlər birliyinin birgə qərarı ilə bərabər saylı səlahiyyətli nümayəndələrindən ibarət ölkə üzrə daimi fəaliyyət göstərən Azərbaycan Respublikasında Sosial və İqtisadi  Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılır..

  1. 44-cü maddənin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

 ―3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur. Müqavilənin bütün səhifələrini tərəflər imzalayır. Son səhifə işəgötürənin möhürü ilə təsdiq edilir. Müqavilənin bir nüsxəsi

1 Komment

  1. Solmaz 26 Fevral 2020

    Əgər işçi 26.11.2019-cu il tarixdən 30.11.2019-cu il tarixədək ezamiyyətdə olubsa (əmrdə də bu tarixlər yazılıb) və Bakıya təyyarə 01.12.2019-cu il tarixdə səhər saat 7 radələrində enibsə, və bu haqda müəssisəyə ancaq 2020-ci il fevral ayında məlumat verirsə, bu halda ezamiyyəti 1 gün uzada bilərikmi? Çox xahiş edirəm ətraflı məlumat verəsiniz.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər