İşçinin əmək məzuniyyətinə göndərilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə
Növbəti əmək məzuniyyəti əmrinin nümunəvi sadə forması
Blank “Alov” MMC
ƏMR
№________
Ağdam şəhəri ____ ________________2019-cu il
İşçiyə növbəti əmək məzuniyyətinin təqdim edilməsi barədə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə və Kadrlarla iş şöbəsini mütəxəssisi Quliyeva Əsmər Qadir qızının ___ _______2019-cu il tarixli ərizəsinə uyğun olaraq
ƏMR EDİRƏM:
- Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına ___ ______2019-cu ildən ___ ________2020-ci ilə kimi olan iş ili üçün 34 təqvim günü növbəti əmək məzuniyyəti (30 təqvim günü əsas və 4 təqvim günü əlavə) 04 sentyabr 2019-cu il tarixindən 8 oktyabr 2019-cu il tarixinədək təqdim edilsin.
- İşçinin işə başlama tarixi 9 oktyabr 2019-cu il hesab edilsin.
- Baş mühasib Səlimova Sultanə Sabir qızı və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn maliyyə və sənədləşmə məsələlərini həll etsinlər.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
Tarix: ________
__________ Quliyeva Ə.Q.
Tarix: ________
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
0 Komment
Şərh yazın