Davamlı fəaliyyət göstərən müəssisə hansı əməliyyatları aparmadıqda, "pişiyin öz torbasında olduğunu" etiraf edir?

Davamlı fəaliyyət göstərən müəssisə hansı əməliyyatları aparmadıqda, "pişiyin öz torbasında olduğunu" etiraf edir?

Audit üzrə mütəxəssis Mehdi Babayev 23 sentyabr 2018-ci il tarixdə Milli Mühasiblər Forumunun təşkil edəcəyi seminardakı məruzəsi ilə bağlı qeydlər edib: "Hörmətli mühasib həmkarlarım, maliyyəçilər, uçot və vergi sahəsinin nümayəndələri. 23 sentyabr 2018-ci il tarixdə Milli Mühasiblər Forumunun təşkil edəcəyi Seminarda iştirak etmək istəyən şəxslərə "mənfəətin (zərərin) yaranması və bölüşdürülməsi (zərərin ödənilməsi)" mövzusu barədə aşağıdakı əlavə açıqlamaları vermək istəyirəm:

Əziz həmkarlarım, gəlin, bir az mövcud vəziyyəti təhlil edək.

Hazırda demək olar ki, hüquqi şəxslərin, əsasən də kommersiya hüquqi şəxslərinin böyük əksəriyyətində mənfəətin və ya zərərin yaranması və bölüşdürülməsi ilə əlaqəli əməliyyatlara çox biganə yanaşılması heç kimdə şübhə doğurmur. Çünki, belə müəssisələrin uçotuna nəzər salsaq görərik ki, bu müəssisələr yaradılış fəlsəfəsindən, yəni qeydiyyatlı, uçota alınan ağ mənfəət əldə etmək məqsədli fəaliyyətdən kənarda qalıblar. Son dövrlərdə təsərrüfat subyektlərində uçotun, yəni qeydiyyata alınan ağ uçotun aparılmasına ciddi təpkilər vardır, baxmayaraq ki, uçotun düzgün aparılması bütün dövrlərdə qanunla tələb olunan bir haldır. Uçotun kortəbii və yalnız vergi uçotuna əsaslanan olması müəssisələrin maliyyə hesabatlarını qeyri-dürüst vəziyyətə gətirib çıxarmışdır.

Lakin bü vəziyyətdən artıq tamamilə çıxmağın vaxtı çatmışdır. Artıq ölkədə uçotun beynəlxalq standartlarının tələbinə uyğun aparılmasına tam qərar verilmişdir, son vaxtlarda narahatçılıq yarada bilən idxal, ixrac, ticarət sahəsindəki neqativ halların kifayət qədər aradan qaldırılmasına nail olunmuşdur. Bütün bu müsbət hallar uçotun tam və düzgün aparılmasını tələb edir və biz mühasiblər məcburuq ki, müəssisələrin sahiblərinin əldə etdiyi qazanc necə deyərlər "ağ" şəkildə uçotda mənfəət qismində əks etdirilsin. Əgər bir müəssisə uzun müddət (3, 5 və ya 10 il) hər hansı dividend ödənişi etmirsə və təbii ki, dividenddən ödəmə mənbəyindən vergi ödənişi həyata keçirilmirsə, lakin müəssisə davamlı olaraq aktiv fəaliyyət göstərirsə, deməli, "pişiyin öz torbasında" olduğunu etiraf edir.

Əksər hallarda belə olub ki, mühasiblər apardıqları uçot üzrə yaranan mənfəətin taleyini fikirləşməyiblər və yaxut da arxayıncasına ya istədikləri kimi əsaslandırma olmadan mənfəətlə keçmiş zərərləri bağlayıblar, ya da kapital ehtiyatı kimi saxlayıblar. Yaranan zərərin də taleyinə baxan olmayıb, zərər çox hallarda yalançı aktiv kimi yığılaraq saxlanılıb. Təsisçi (sahibkar) üçün də bu məsələ maraqlı olmayıb, çünki sahibkar və ya rəhbərlik mühasibə təsir göstərməklə uçotunu yayındırıb və mühasibin təsir altında apardığı uçota əsaslanan "yalançı mənfəət" sahibkarın qara qeydlərindəkindən fərqlidir.

Əziz həmkarlarım, yuxarıda göstərdiklərimi bütün sahibkarlara aid etmirəm və son zamanlar təmiz uçot qurmaq istiqamətində fəalllaşan kifayət qədər sahibkarlar vardır və onlar öz mühasiblərindən də təmiz mənfəət göstəricisi tələb etmələri təbii hala çevrilməkdə davam edir. Mühasiblərə bildirmək istədiyim odur ki, vergi və digər yoxlama və nəzarət funksiyasını yerinə yetirən orqanlar tərəfindən diqqətdə saxlanılan ən vacib əməliyyatlar və göstəricilər mənfəətlə bağlı olacaqdır. Mənfəət varsa və bu göstərici reallığı əks etdirəcəksə, həmin müəssisə problemlər yaşamayacaqdır.

Mənfəətin bölüşdürülməsi əməliyyatlarına məsuliyyətlə və düzgün sənədli baxmaq lazımdır. Çıxışım zamanı yaranan mənfəətin qanunla yol verilən bütün bölüşdürülmə istiqamətləri barədə, bu istiqamətlərin hər birinin ayrı-ayrılıqda hansı qaydada sənədləşdirilməsi formaları barədə sizə geniş izahlar verməyi nəzərdə tuturam.
Bilirəm ki, balansında yığılıb qalan mənfəət və ya zərər məbləğinin silinməsi zamanı mühasiblər vergi problemləri ilə üzləşirlər və daxil olan uyğunsuzluq məktublarına cavab tapılmasında mütləq çətinliklər yarana bilir. Çalışacam ki, öz təcrübəmdən belə uyğunsuzluq hallarına cavab tapmaqda sizə kömək edim. Səhmdarlarla qarşı-qarşıya gələn mühasiblər də az deyildir. Rəhbər işçilərin yaratmaz hərəkətləri sonda mühasiblərin səhmdarlar qarşısında aciz hala düşməsinə səbəb olur. Mühasiblərin bundan da yaxa qurtarmaları üçün məsləhətlər verəcəm. Ən əsası mənfəətin bölüşdürülməsi və ya zərərin ödənilməsi ilə bağlı mülki və digər qanunvericilik aktlarının mütləq tələblərini sizin diqqətinizə çatdıracam, hansı ki, əksər təsərrüfat suyektlərində həmin tələblərə əməl olunmur və ya bu barədə xəbərləri yoxdur. Mənfəətin və yə zərərin bütün hallarda yaranması və silinməsi ilə bağlı əməliyyatlara ikili yazılışların verilməsi və hesabatlarda yeri barədə praktik izahlarım da olacaqdır.

Seminarda görüşənədək."

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
  
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
 
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]


 

 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər