Altay Cəfərovdan seminardakı mövzusu haqqında ətraflı açıqlama

Altay Cəfərovdan seminardakı mövzusu haqqında ətraflı açıqlama

Mks.az-in eskperti, sərbəst auditor Altay Cəfərov 28 may 2018-ci il tarixdə II Milli Mühasiblər Forumunun spikerləri olmuş tanınmış mühasib ve audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev və Altay Cəfərovun iştirakı ilə seminardakı mövzusu haqqında əlavə açıqlamalar verib: "Hörmətli qrup üzvləri və təlim iştirakçıları sizlərə 28 may 2018-ci il tarixli təlim tədbiri ilə bağlı əlavə olaraq bir çox məqamları açıqlamaq istərdim. Daha doğrusu çıxışımda toxunacağım məsələlərin bəzilərini bir qədər izahlı birdirirəm. Belə ki, ilkin olaraq görünür ki, ehtiyatların mühasibat uçotu, vergi uçotu qaydaları çox sadədir, amma demək istərdim ki, bu tam da belə deyildir. Məsələn, ticarət fəaliyyətində, istehsal fəaliyyətində ehtiyaların uçota alınması və silinməsinin düzgün aparılmaması maliyyə

hesabatlarının düzgün olmayan tərtibatına gətirib çıxarır, həmçinin qeyd olunan məsələlərin vergi uçotunda düzgün uçota alınmaması, silinməsi vergi ödəyicilərinə külli məbləğlərdə maliyyə sanksilarının tətbiq olunmasına gətirib çıxarır. Misal kimi eyni əməliyyatların (ehtiyatların) hesablama metodu və kassa metodu ilə düzgün silinməməsi məsələlərini göstərmək olar və çalışacağam ki, fikirlərimdə bunlara birlikdə aydınlıq gətirək. Daha bir misal kimi ehtiyatların sadələşdirilmiş vergi ödəyicisi tərəfindən alınması və sonradan ƏDV ödəyicisi olduqda həmin ehtiyatların silinməsi zamanı vergi ödəyicilərinin düzgün olaraq hansı addımların atılması kimi halları göstərmək olar. Əmtəə balansı kimi məsələlərin istifadə olunub-olunmamasına birlikdə baxacağıq. Bundan əlavə inanıram ki , bir çox başqa nümunələr vardır ki, onlar sizlər üçün maraqlı olacaqdır."

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər