Mehdi Babayevdən 3 məşhur təlimçinin seminarı haqqında maraqlı açıqlamalar

Mehdi Babayevdən 3 məşhur təlimçinin seminarı haqqında maraqlı açıqlamalar

Tanınmış audit mütəxəssisi Mehdi Babayev 28 may 2018-ci il tarixdə II Milli Mühasiblər Forumunun spikerləri olmuş tanınmış mühasib ve audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev və Altay Cəfərovun iştirakı ilə seminar haqqında məlumat verib. Mehdi Babayev bildirib ki, mövzuların adı sadə olmasına baxmayaraq,  sözün əsl mənasında, vacib və aktual olan, ümumproblemin həllini əhatə edən peşəkar izah olunacaq. Bundan əlavə d, çıxışçıya kifayət qədər vaxt verilməsi və həmçinin iştirakçılara da kifayət qədər sual vermələri və rahat dinləmələri üçün şərait yaradılacağı bildirilib.

Mehdi Babayev həçminin  seminarda iştirak etmək istəyən şəxslərə seçilmiş mövzular barədə aşağıdakı əlavə açıqlamaları vermək istəyib:" Məsələn, mənim çıxışımın mövzularından biri təsisçi əməliyyatları ilə bağlıdır. Hamı bilir ki, təsisçi kimdir və hamı təsisçilərlə bağlı uçotda apardığı qeydlərdən və sənədləşdirmələrdən razıdır. Sizi inandırım ki, əksər müəssisələrdə təsisçi ilə bağlı əməliyyatların aparılmasında, bu əməliyyatlarla bağlı maliyyə hesabatlarındakı, konsilidasiya edilmiş maliyyə hesabatlarındakı, həmçinin mənfəət (sadələşdirilmiş) vergi bəyannaməsinin 1 nömrəli Əlavəsindəki müvafiq göstəricilərdə və qeydlərdə köklü səhvlərə yol verirlər.

Bilirsiniz ki, təsisçi (iştirakçı) şəxs təsisçisi olduğu müəssisəyə münasibətdə, həm payçı (və ya səhmdar), həm rəhbər, həm digər işçi (mühasib, sürücü, xəznədar və digər işçi), həm təhtəlhesab şəxs, həm mal satan (VÖEN-i olmayan fiziki şəxs və ya VÖEN-li fiziki şəxs kimi satıcı), həm mal alan, həm malları, əsas vəsaitləri və digər əşyaları əvəzsiz müəssisəyə verən, həm icarəyə verən, həm icarəyə götürən, həm xidmət göstərən (yəni icraçı), həm xidmət alan (yəni sifarişçi), həm borc verən və borc alan və sair və i.x. ola bilər və bunların hamısı qanunla yol veriləndir. Ancaq, bunların hamısı başqa-başqa əməliyyatlardır və təsisçi qarşılıqlı əlaqəli şəxs olduğuna görə mühasibat və vergi uçotu baxımından fərqli-fərqli yanaşmalar meydana gəlir. Bu əməliyyatların sənədləşdirilməsində, ən əsası isə bu əməliyyatlarla bağlı müqavilələrin hazırlanmasında çox diqqətli olmalı məqamlar vardır ki, bu məqamlar sonradan vergi ödəyicilərini artıq vergi yükündən xilas edir və təsisçi ilə yarana biləcək mübahisə risklərini azaldır. Mən seminarda sizə bu məsələlərin aktual və riskli tərəflərindən danışacam və təcrübəmə əsaslanaraq tövsiyyələrimi bildirəcəm.

Mən əminəm ki, sizin bu əməliyyatlarla bağlı bilgiləriniz az deyildir. Sizin hamınızın yaxşı mühasib olmanızda heç bir şübhəm yoxdur. Hətta keçirdiyimiz seminarlarda çox yüksək bilgilərə malik peşəkar mühasiblərin də iştirakı az olmamışdır. Ən azından bilgilərimizin daha da möhkəmləndirilməsi, əminliyin əldə edilməsi, birlikdə müzakirə imkanları da peşəkarların bu seminarda iştirakı və böyüklüyü (üstünlüyü) deməkdir.

Lakin hesab edirəm ki, bizim hamımızın daha da təkmilləşməmizə ehtiyacımız vardır. Biz birlikdə belə məsələlərin müzakirəsinə dəstək olmalıyıq. Qanunlarımızda da bu mövzu ilə bağlı müəyyən boşluqlar və ziddiyyətlər vardır ki, bu barədə də sizə məlumat verəcəm və siz sübutetmə vəzifənizi yerinə yetirən zaman istifadə edə biləcəksiniz. Gözlənilən çıxışımın sizə faydası olacağına əminəm."

 

0 Komment

    Şərh yazın

    Xəbərlər