3 məhşur təlimçinin seminarının vaxtı və mövzusu bilindi

3 məhşur təlimçinin seminarının vaxtı və mövzusu bilindi

Milli Mühasiblər Forumu elan edir!

II Milli Mühasiblər Forumunun spikerləri olmuş tanınmış mühasib ve audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev və Altay Cəfərovun iştirakı ilə seminar keçiriləcəkdir.

Tarix: 28 may 2018-ci il
Başlama vaxtı: 09:30-da
Fasilə (nahar, coffe-break): 13:00 – 13:40
Bitmə vaxtı: 16:00-da
Ünvan: Seminara 3 gün qalmış elan olunacaqdır (Müraciətlərin sayına uyğun təyin olunacaqdır)
Seminarın qiyməti: 12 AZN

Qeydiyyat üçün [email protected] e-poçt ünvanına aşağıda göstərilən məlumatları göndərməyiniz xahiş olunur.
Ad, soyad:
İş yeri və ya təhsil müəssisəsi:
Əlaqə məlumatı (e-mail, mobil):

Online bilet əldə etmək üçün yuxarıda qeyd olunan məlumatlara ödəniş haqqında bildirişi əlavə etməyiniz xahiş olunur.

Bank rekvizitləri:
“İqtisadi Resursların Öyrənilməsi” İB
VÖEN: 2001728461
Bank: Accessbank QSC
VÖEN(bank): 1400057421
Kod: 505000
SWIFT: ACABAZ22
M/H: AZ10NABZ01350100000000056944
H/H: AZ40ACAB00001024241000093890

Birbaşa bilet üçün: Xahiş edirik ki, aşağıdakı ünvana gəlib, qeydiyyatdan keçərək bilet əldə edəsiniz.
Ünvan: Yasamal ray. Mirəli Seyidov 41/2. Araz supermarketin yaxınlığı

Əlaqələndirici şəxslər:
Nazir Xalid (055 932 48 96)
İsgəndər Quluzadə (055-286-52-81)
Tel: (012) 480 28 45
Email: [email protected]

Mövzular haqqında ətraflı məlumat:

Mehdi Babayev:
Mövzu 1: Təsərrüfat subyektləri və təsisçilər arasında baş verən
əməliyyatların sənədləşdirilməsi, uçotu və vergi münasibətlərinə təsiri
- "Təsisçi" statusu nədir və uçotda necə tanınmalıdır.
- "Təsisçi" statuslu şəxslə müəssisə arasında baş verə biləcək (qanunla yol verilə bilən) əməliyyatlar.
- "Təsisçi" statuslu fiziki və hüquqi şəxsə aid olan əməliyyatların (borc verilməsi və qaytarılması, bəzi cari xərclərinin bir başa təsisçi tərəfindən ödənilməsi, nizamnamə kapitalına yönəldilmələr, təsisçidən malların alqı-satqı əməliyyatları və s.) uçotunun sənədləşdirilməsi, yarana biləcək problemlər və həlli yolları.
- Belə əməliyyatların vergi yükü və yarana biləcək problemin həlli yolları.
Mövzu 2: Müstəqil auditor yoxlamasının aparılması tələbləri
- Müstəqil audit nə üçündür və onun vergi yoxlamalarına təsiri.
- Məcburi audit aparılmalı təsərrüfat subyektləri haqqında.
- Auditin aparılması məcburi olmayan təsərrüfat subyektləri haqqında.
- Məcburi auditdən keçməyən təsərrüfat subyektlərinin məsuliyyəti.

Radil Fətullayev:
Mövzu: Mühasibat uçotu sənədlərinin vergi auditinin tələblərinə
uyğunlaşdırılması yolları:
- Kassa əməliyyatların rəsmiləşdirilməsi: xəzinə kitabının və alt sənədlərinin vergi auditinin tələblərinə uyğun tərtib edilməsi qaydası;
- Təhtəlhesab şəxslə əməliyyatların rəsmiləşdirilməsi: avans hesabatı və alt sənədlərinin vergi auditinin tələblərinə uyğun tərtib edilməsi qaydası;
- Bank əməliyyatlarının rəsmiləşdirilməsi: bank hesabatın və alt sənədlərinin vergi auditinin tələblərinə uyğunlaşdırılması qaydası;
- Digər anoloji məsələlər

Altay Cəfərov:
Mövzu: Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan
qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları:
- Ehtiyatlar anlayışı (mühasibat uçotu üzrə)
- Ehtiyatlar anlayışı (vergi uçotu üzrə)
- Ehtiyatların mühasibat uçotunda uçota alınması
- Ehtiyatların vergi uçotunda qeydiyyata alınması
- Mühasibat və vergi uçotunda ehtiyatların silinməsi, ləğv olunması, itirilməsi, brak olması və s. analoji hallarla bağlı uçotu məsələləri
- Ehtiyatların hesabatlılıq və uçotla bağlı problemlər, aradan qaldırılması yolları.
- Digər anoloji məsələlər

 

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər