Elektron qaimə-fakturanın tətbiqində əhəmiyyət verilməyən CİDDİ məqam

Elektron qaimə-fakturanın tətbiqində əhəmiyyət verilməyən CİDDİ məqam

Altay Cəfərov: "Bəzi sahibkarlar düşünürlər ki, vergi orqanları bu məsələyə fikir vermirlər, amma bu, belə deyil”
28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az saytının media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik. Forumun sessiyasında Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor Altay Cəfərov "Elektron qaimə-fakturanın tətbiqi zamanı yaranan problemlər" mövzusunda təqdimat edib. Təqdimat zamanı Altay

Cəfərov elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları ilə bağlı yol verilən yanlışlıqlar barəsində danışıb: "Təşkilat müəyyən kodla mal idxal edib. Amma malların digər şəxsə satışı zamanı qeyd edilən kod fərqli olur. Bu cür hallara təcrübədə tez-tez rast gəlirəm. Həmin şirkətlərə tövsiyə etmişəm ki, hansı kodla mallar mədaxil olubsa, o kodla da satılmalıdır. Bəzi sahibkarlar düşünürlər ki, vergi orqanları kod məsələsinə nəzarət etmirlər. Amma bu, belə deyil. Vergi orqanlarında kodlar üzrə də analtik baza da formalaşıb və daha da təkmilləşdirilir. Vergi orqanları da bu cür fərqli kodlaşmaya görə maliyyə sanksiyası tətbiq edə bilər."

 

0 Komment

    Şərh yazın

    Xəbərlər