Elektron qaimə-fakturanın təsdiqi zamanı yaranan ƏSAS PROBLEM

Elektron qaimə-fakturanın təsdiqi zamanı yaranan ƏSAS PROBLEM

28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az saytının media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik.  Forumun sessiyasında Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor Altay Cəfərov "Elektron qaimə-faktura tətbiqi zamanı yaranan problemlər" mövzusunda təqdimat edib. Təqdimat zamanı Altay Cəfərov elektron qaimə-fakturanın təsdiqi zamanı yaranan problem haqqında  məlumat verib: "Tutaq ki, müəssisə 27 aprel 2018-ci il tarixdə "Alıcı"müəssisəyə 10 000 manatlıq mal satıb. "Alıcı"

müəssisə həmin tarixlərdə elektron qaimə fakturanı təsdiq etməyib. Bildiyimiz kimi, sistem bu halda 5 gündən sonra həmin elektron qaimə fakturanı təsdiqləyir. Mayın 2-si təsdiq olunsa da, malın təqdim etmə tarixi 28 aprel 2018-ci il tarixi sayılır. Vergi ödəyicisi vaxtında təsdiq etmədiyi üçün, təbii ki, vergi orqanı uyğunsuzluq məktubu göndərəcək. Hal-hazırda təcrübədə bu cür problemlərlə çox rastlaşırıq. Vergi orqanının məktubda qeyd edilir ki, bu hal may ayı üzrə nəzərə alınmalıdır. Bu halda isə maliyyə sanksiyası tətbiq edilməsi üçün şərait yaranır. Bunun üçün "Satıcı" müəssisə elektron qaimə faktura göndərdikdən sonra "Alıcı" müəssisəyə təsdiq etməsi üçün məlumat verməsi məqsədəuyğundur."

 

0 Komment

    Şərh yazın

    Xəbərlər