Əsas vəsaitlərin daxil olması zamanı müxabirləşmə necə olmalıdır?
Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Mühasibat uçotu kitabınızla bağlı sualım var:
1-ci sualım odur ki, əsas vəsait daxil olub. Yazilib: Dt - 113.2 - 1000, Kt - 531 -1000. Bu müxabirləşmə ilə bağlı hesab olunur, yoxsa necə?
2-ci sualım da odur ki, Dt - 111 ola bilər?
Ümumiyyətlə, kitabdakı bütün müxabirləşmələr bağlanılıb, yoxsa?
İmran Rəhimli
Cavab: Əsas vəsaitlərin daxil olması ilkin olaraq kapitallaşdırma kimi uçota alınır və 113 nömrəli hesabda debetləşdirilir, sonradan istismara verildikcə 113 nömrəli hesabın kreditindən 111 nömrəli hesabın debetinə yazılır. Əlbəttə ki, kitabda bütün müxabirləşmələr əməliyyatların xüsusiyyətinə uyğun olaraq bağlanılır. Ola bilsin ki, hər hansı bir əməliyyat konkretdir və ona uyğun müxabirləşmə yazılmışdır.
"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr)
"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.
Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Eynur 22 Yanvar 2023
hesabat ilinin sonunda istifadə olunmuş mar-materiallar xərc kimi tanındıqda hansı müxabirləşmə verilməlidir?
Şərh yazın