Valyuta ödənilən xidmət haqqının müxabirləşməsi necə olmalıdır?
Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Salam hörmətli MKS. Sizə yenə bir sual vermək istəyirəm. Xaricdən görülmüş xidmətə görə valyuta daxil olub valyuta hesabina. Bu xidmətin satışının müxabirləşməsini xahiş edirəm göstərəsiz. Belə ki, qeyri-rezident məbləgi ƏDyV-siz köçürüb və ƏDV-ni büdcəyə biz ödəməliyik. Kt 46 Dt 62 və Kt 68 Dt 46 kimi verdiyimiz satışı valyuta olanda necə verməliyik? Qabaqcadan təşəkkür edirəm.
Meri Hümbətova
Cavab: Əgər sizin qeyri-rezidentə təqdim etdiyiniz 18% ƏDV-yə cəlb olunursa, onda müxabirləşmələrdə ƏDV ayrıca nəzərə alınmalıdır. Vergi Məcəlləsində yazılıb:
Maddə 161. Vergi tutulan əməliyyatın dəyəri
161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Tutaq ki, 200 dollar (340 manat) daxil olub, belə olan halda müxabirləşmə aşağıdakı kimi olacaq:
DT KT Məbləğ
62 46 340 manat
46 68 51,86 manat (340-340/1,18)
52 62 340 manat
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Pərvanə Süleymnova 06 Noyabr 2019
Salam.Qeyri rezidentə ödənilən xidmət haqqı Ödəmə mənbəyinədə cəlb olunmalıdırmı? Xaricdən 200 dollar dəyərində xidmət daxil olmuşdursa müxabirləşmə necə olmalıdır
Şərh yazın