Məhsulun maya dəyərilə bağlı aktual sualın cavabı

Məhsulun maya dəyərilə bağlı aktual sualın cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Sovet dövründə istehsal müəssisələri istehsal etdikləri məhsulun maya dəyərini müəyyənləşdirirdilər.Ayın əvvəlinə hazır məhsul qalığının (maya) dəyərinin üstünə ay ərzində istehsal olunmuş məhsulun maya dəyərini əlavə etməklə məhsulun ümumi maya dəyəri müəyyən edilirdi. Ümumi maya dəyərini (istehsal olunmuş məhsulların miqdarına qalıq məhsulların miqdarı əlavə edilməklə) məhsulların miqdarına bolməklə məhsul vahidinə düşən maya dəyəri müəyyən edilərək, məhsul vahidinə düşən maya dəyərini təqdim edilmiş (satılmış) malin miqdarına vurmaqla təqdim edilmiş malın maya dəyəri müəyyən edilərək xərc kimi satışa silinirdi. Ya da qalıq mal və istehsal olunmuş malın əmtəəlik dəyəri müəyyən ediərək, malın maya dəyərini əmtəəlik məhsulun dəyərinə bolməklə əmsal müəyyən edilirdi. Həmin əmsalı satılmış əmtəəlik malın dəyərinə vurmaqla satılmış malın maya dəyəri müəyyən edilirdi və satışa silinirdi. İndi isə Mənfəət vergisi bəyannaməsində il ərzində bazaya internet vasitəsi ilə düşən xərcləri təqdim edilmiş malların dəyərinə daxil etməklə xərc kimi qəbul edirlər. Bazaya düşən xərclər təkcə təqdim edilmiş mallarıın dəyərinə deyil, həm də qalıq mallara aiddir. Bu gün təqdim edilmiş malın maya dəyəri necə müəyyən edilməlidir? Əvvəlcədən təşəkkür edirəm.

 Şirinov Akif Vəzir oğlu

Cavab: Yaxşı sualdır. Bildirim ki, bu məsələrlə bağlı dəfələrlə seminarlarda, simpozumlarda, təlimlərdə fikirlərimizi bildirmişik. Bundan əlavə, vergi orqanları ilə müzakirələrdə də xeyli açıqlamalar verilib. Sualın cavabı Vergi Məcəlləsinin 139-cu maddəsində gizlənib.

Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası

139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər.

139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Sualda qeyd etdiyiniz birinci hal üzrə siz vergi uçotunu apara bilərsiniz. Hesablama metodu üzrə məhsulun maya dəyərini formaşdırmalısınız, bundan əlavə, satışa uyğun olaraq gəlirdən maya dəyərini çıxmalısınız. Maya dəyərinə aid olan xərcləri də birinci variantda olan kimi nisbətə uyğun olaraq mənfəət vergi bəyannaməsində əks etdirməlisiniz. Əlbəttə ki, bazada olan rəqəmlərlə mənfəət vergisi bəyannaməsində olan rəqəmlər uyğun olmayacaq, sadəcə siz açıqlama verəcəksiniz, vergi orqanları da qəbul edəcək.

Məsələn, tutaq ki, 1000 manatlıq malın maya dəyəri 800 manat olmuşdur. 800 manatlıq xərc maddələrinin sənədləri AVİS-də  var. Bir il 500 manatlıq mal satmısınız, bu halda siz ancaq 400 manatı xərc kimi yaza bilərsiniz, 800 manatı yox. Növbəti ildə də qalan 500 manatı satanda siz qalan 400 manat maya dəyərini siləcəksiniz.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 

1 Komment

  1. Namiq 27 Noyabr 2018

    Salam. Tikinti şirkati torpaq sahasini alaraq üzarinda bina tikib satmaq niiyatidadir. Torpaq sahasi mahz bu maqsadla alınıb. Tikintinin maya dayarini hesablamaq üçün ve manfaatin müayyan edilmasi üçün torpaq sahasinin dayari satilmaq üçün tikilmiş obyektin maya dayarinda neca aks olunmalidir. Vergi macallasinda hansi madda bu masalani ehtiva edir?

Şərh yazın

Xəbərlər