Köhnə mühasibin səhvinə görə yeni yoxsa eks mühasib məsuliyyət daşıyır?

Köhnə mühasibin səhvinə görə yeni yoxsa eks mühasib məsuliyyət daşıyır?

 Sual: Salam. Mühasib 5 aydır işdən çıxıb, işlədiyi müddətdə sənəddə hər hansı səhvə, maliyyə məsələsinin düzgün olmamasına görə məsuliyyət daşıya bilər?

Hafiz
Mks.az-ın eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Cavab: Mühasibin işlərinin, vəzifəsinin, sənədlərinin təhvil-təslimi yaxşı olardı ki, yoxlanıldıqdan sonra həyata keçirilsin. Bu zamanı müəyyənləşir ki, əvvəlki mühasibin hansı səhvləri, çatışmazlıqları olub. Amma bütün hallarda (əgər bunlar edilməmişsə belə) hər bir işçi səhvinə görə özü cavabdehlik daşıyır. Bəzi məsələlər var ki, onların nəticəsində maliyyə hesabatları, vergi hesabatları tərtib olunur. Yeni mühasib məcburiyyət qarşısında qalır ki, əvvəlki səhv sənədlərə görə səhv hesabatlar tərtib etsin.  Yaxşı olardı ki, yeni mühasib belə hesabatları tərtib edəndə düzgün qaydada həyata keçirsin ki, məsuliyyətdən tam azad olunsun. Bir daha bildirik ki, mühasiblər işdən çıxarkən, işləri yoxlanılıb təhvil-təslim edilsə, daha doğru olar.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

1 Komment

  1. Emil Əsədov 17 İyul 2018

    salam Hörmətli MKS ailəsi. Belə bir sualım var. ƏDV ödəyicisi olan MMC ona məxsus torpaq üzərində bina inşa etmişdir. Binanın inşası müəssisənin özü tərəfindən həyata keçirilib. Bu halda təsdiqedici sənədlər yoxdur. Qiymətləndirici şirkətin rəyi əsasında bu tikilini balansa qəbul edilə bilərmi? Əgər bilərsə bu zaman hansı vergi öhədlikləri yaranır? Əvvəlcədən təşəkkür edirəm.

Şərh yazın

Xəbərlər