Vətəndaşlardan alınan malların sənədləşməsi necə aparılmalıdır?
Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Müəssisə, emal və sonradan satış üçün kənd təsərrüfatı məhsulunu kənd təsərrüfatı məhsulu istehsalçısından nisyə tədarük edir, bunun üçün hansı sənədləşmə aparılmalıdır?
Babayev Bədrəddin
Cavab: Əvvəlcə baxmaq lazımdır ki, kənd təsərrüfatı məhsulunun istehsalçısı hansı vergi ödəyicisidir. Hüquqi şəxs, yoxsa fiziki şəxs sahibkardır, və ya VÖEN-i olmayan sadə vətəndaşdır.
Əgər kənd təsərrüfatı istehsalçısı sahibkardırsa, məhsulların alışı zamanı satıcı tərəfindən normal sənədləşmə kimi müqavilə, elektron qaimə-faktura (və ya qaimə-faktura) təqdim olunmalıdır. Ödəniş nağd və ya bankla olması isə artıq sizin razılaşmanızdan asılıdır.
Əgər VÖEN-i olmayan sadə vətəndaşdırsa, onda alan “Malların alış aktı” forması olaraq ciddi hesabat blankı əsasında məhsulları tədarük etməlidir. Tədarük edən “Malların alış aktı” formasını mətbəələrdən sifariş verib alır. Bundan sonra kənd təsərrüfatı mahsullarını tədarük edəndə satanın şəxsiyyət vəsiqəsinin göstəricilərini, sonra məhsulların adını, vahidinin məbləğini və digər məlumatları yazır və hər iki tərəf imzalayır. Bu sənəd artıq tədarükü təsdiq edir. Yaxşı olardı ki, şəxsiyyət vəsiqəsinin surəti də akta əlavə olunsun. Ödəniş nağd olsa, kassa məxaric orderi vasitəsilə, nağdsız olanda isə bank yolu ilə ödənilməldir.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın