Ezamiyyə ilə bağlı 4 təcrübəvi sualın cavabı
Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Salam Monitor Konsaltinq şirkətinin əməkdaşları, Hamınızı salamlayırıq. Xaricə ezamiyyə ilə bağlı sualımız var idi. Bizim şirkət MMC-dir. Şirkətin Direktoru ilə Müşahidə Şurasının sədri Qazaxıstanın paytaxtı Astana şəhərinə xidməti ezamiyyətə getmək istəyirlər. Qaydalara görə Astana şəhərinə 1 nəfər üçün 1 günlük norma 200 USD təşkil edir. Sizdən bununla bağlı aşağıdakı sualların cavablandırılmasına köməklik etməyinizi xahiş edirik:
- Müşahidə şurasının sədri şirkətin əmək müqaviləsi ilə işçisi deyilsə vergi məqsədləri üçün gəlirdən çıxılmasına görə ona 1 günlük norma şamil edilə bilər? Əgər edilmirsə onun xərcini şirkət adından direktor ödəsə xalis mənfəətdən çıxıla bilər? Bunun üçün sənədlə necə rəsmiləşmə aparılmalıdır?
- AR Maliyyə Nazirliyinin 18.01.2012 tarixli Q-01 №-li qərarında yazılıb ki, nəqliyyat xərcləri təsdiqedici sənədlər əsasında ödənilir. Buradan belə çıxır ki, 1 günlük normanın digər xərcləri üçün işçidən sənəd tələb etməyə ehtiyac yoxdur?
- Qaydalarda yazılıb ki, xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40%-ni gündəlik yemək xərcləri təşkil edir. Məsələn, işçi 40 % deyil normanın 30%-ni və ya 50%-ni yeməyə xərcləsə, hər iki halda digər xərclər üçün bölgü necə olacaq?
- Təyyarə bileti normadan kənar ödənildiyinə görə vergi məqsədləri üçün gəlirdən çıxılması üçün bilet xərcinin ekonom və ya biznes klass olmasının fərqi var?
Hörmətlə, Rzayev Vüsal
Cavab: Sualınızın birinci hissəinin cavabı kimi qaydaların adına baxmaq kifayət edir. Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 saylı “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında qaydalarında yazılıb. Qaydaların adından da görünür ki, qaydalar ancaq işçilərə aiddir, Müşahidə Şürasının sədrinə şamil olunmur.
Əlbəttə ki, şirkət tərəfindən Müşahidə Şurasının sədri üçün ezamiyyə xərcləri kimi ödəniş aparmaq olar və bu xərclər gəlirdən çıxılmayacaq. Amma burada bir məsələ var ki, bu ödəniş onun gəliri kimi qəbul edilə və gəlir vergisinə, həmçinin M.D.S.S.-yə cəlb oluna bilər. Odur ki, diqqətli olmaq lazımdır.
İkinci məsələ ilə bağlı siz haqlısınız. Nəqliyyat xərclərini təsdiq edən sənədlərdən başqa, 200 dollar üçün təsdiqedici sənədlər lazım deyil.
Üçüncü məsələ ilə bağlı bildirmək istəyirəm ki, bəli 40% yemək, 60% mehmanxana xərcidir. Ezamiyyədən qayıdan şəxs yemək və ya mehmanxana üçün sənəd təqdim etsə, xərcə salmaq üçün maksimum 40% yemək və 60% mehmanxana sənədi olmalıdır. Bu, normalardan az ola bilər və o zaman xərcə həmin məbləğ salınacaq. Amma normalardan çox məbləğdə sənəd təqdim etsə, onda bur fərq sərəncamda qalan mənfəət hesabına silinəcək.
Nəqliyyat xərcləri üçün norma müəyyənləşdirlməyib. Siz ekonom və ya biznes klas biletlərini tam xərcə sala bilərsiniz.
Satışda olan nəşrlərimiz:
1) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]
2) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub.
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]
3) Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]
4) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]
2 Komment
Jamila 22 İyun 2018
Salam, Zəhmət olmasa aşağıda göstərilən hissəyə daha detallı toxuna bilərsiniz? "Amma burada bir məsələ var ki, bu ödəniş onun gəliri kimi qəbul edilə və gəlir vergisinə, həmçinin M.D.S.S.-yə cəlb oluna bilər. Odur ki, diqqətli olmaq lazımdır" (c)
Səbuhi 19 İyul 2018
Salam, Xahiş edirəm aşağıdakı sualı cavablandırasınız. Norma 200usd - Yemək xərci 200*40%=80USD hotel xərci 200*60%=120USD. Əgər yemək üçün 110USD xərclənib və Hotel üçün 90USD xərclənib və ümumi 200USD normani keçməyib.Sualım budur ki, yuxarıda qeyd olunan halda əgər bütün sənədlər təqdim olunubsa yanaşma nece olacaq və heçbir sənəd təqdim olunamyıbsa yanaşma necə olacaq.Təşəkkür edirəm
Şərh yazın