Mənfəət vergisi, yoxsa gəlir vergisi: hansı sərfəlidir?

Mənfəət vergisi, yoxsa gəlir vergisi: hansı sərfəlidir?

Sual: Salam. Öncədən qeyd edim ki, sahibkarlıq fəaliyyəti, malları 1-ci əldən alıb, digər şəxslərə satmaqdan ibarətdir. Çox sadə bir sxemdir. Təbii ki, öz xidmət haqqını da əlavə etməklə. Faktiki 1 nəfər görəcək bu işi.
Yaranan suallar isə hələlik aşağıdakılardan ibarətdir:
Yuxarıda qeyd edilən sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq hüquqi şəxs kimi mənfəət vergisi ödəyicisi olmaq, yoxsa fiziki şəxs kimi gəlir vergisi ödəyicisi olmaq daha sərfəlidir? Qeyd edim ki, dövriyyə illik 2-5 milyon manat arasi dəyişə bilər.
Mustafa Əsgərov

Cavab: Sualınız ilə bağlı aşağıdakıları bildirmək istərdim:
Hansı formada fəaliyyət göstərməyiniz haqqında qərarı yaxşı olardı ki, özünüz verəsiniz, amma bildirim ki, hüquqi şəxs kimi siz 20% mənfəət vergisi verdikdən sonra, vəsaiti nağdlaşdırmaq üçün ən əsası xalis mənfəətdən 10% divident vergisi verməlisiniz. Amma fiziki şəxs sahibkarlar isə 20% vergini verdikdən sonra vəsaiti sərbəst nağdlaşdıra bilər, əlbəttə ki, limit daxilində , yəni onlarda 10% divident vergisi yoxdur.Ən azı bu məsələdə udursunuz.

 

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər