Əmək haqqıdan gəlir vergisi ilə bağlı ziddiyyət, yoxsa...

Əmək haqqıdan gəlir vergisi ilə bağlı ziddiyyət, yoxsa...

Sual: Hörmətli ekspert, ilk olaraq cavabınız üçün təşəkkür edirəm. Əslində mənə qaranlıq qalan məsələ maddə 102.5 də göstərilən uşağın doğulduğu ... aydan azaldılır cümləsidir. Bunu mən belə anlayıram ki, bəli, işçinin hüququ maddə 102.8-də deyildiyi kimi sənədlərin təqdim edildiyi andan yaranır, amma hesablama təqdim olunan sənədlərdə göstərilən doğum tarixilə hesanlanır. Belə deyilsə, onda 102.5-dəki o cümlə nəyi nəzərdə tutur? Bu bir növ Əmək Məcəlləsində yeni işçinin məzuniyyətdən istifadə hüququ 6 aydan sonra yaranır, göstərilsə də, onun məziniyyət günləri əslində işə alındığı tarixdən etibarən hesablanır misalına bənzəyir. Ümid edirəm ki, fikrimi izah edə bildim. Xahiş edirəm buna aydınlıq gətirəsiniz. Təşəkkürlər!
Zaur Qədirli

Cavab: Maraqlı sualdır, eyni zamanda sualda maraqlı açıqlama vermisiniz. Bütün hallarda fikirləşirəm ki, bir daha müvafiq maddələri nəzərdən keçirməyə ehtiyac var.
102.5. ......................
Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.
102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
102.5-də görünür ki, güzəşt uşağın anadan olduğu aydan tədbiq olunmalıdır. Təbii ki, uşaq ayın əvvəlində, ortasında və ya sonunda anadan ola bilər. Bütün hallarda deyilir ki, anadan olan ayın əvvəlindən güzət verilməldir.
Amma 102.8-də yazılır ki, lazımı sənədlərin əsas iş yerinə təqdim olunduğu andan güzəşt verilə bilər. Bu müddəa ilk baxışdan iki maddə arasında ziddiyyət kimi görünür, amma mən belə düşünmürəm. Əksinə iki maddə bir-birini tamamlayır. Yəni, 102.5-də deyir ki, uşağın ayın neçəsində anadan olmasına baxmayaraq, ayın əvvəlindən güzəşt veriləcək. 102.8-də isə yazılır ki, işçi çalışsın sənədlərini həmin ayda təqdim etsin və ayın əvvəlindən güzəşti əldə etsin, gecikdirsə, onda hansı ayda təqdim etsə, həmin aydan da güzəşt alacaq. Fikrinizə hörmətlə yanaşıram, amma mənin fikrim belədir.

 

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər