Töhmət alan işçi 13-cü maaşdan mərhum oluna bilər?

Töhmət alan işçi 13-cü maaşdan mərhum oluna bilər?

Sual: Salam. Əgər dövlət işində ilin əvvəlində töhmət yazılıbsa, ilin sonunda 13-cü maaş almağa təsir edir, yəni verilməyə bilər?

Cavab: Sualın cavabını Əmək Məcəlləsinin 190-cu maddəsində axtarmalıyıq.
Maddə 190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
........................
4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

Sualdan aydın olur ki, işçiyə töhmət verilməsindən 6 ay keçib. Deməli, töhmət qüvvədən düşüb. Ancaq unutmayın ki, hətta töhmət qüvvədə olan müddətdə belə işəgötürən işçiyə istənilən mükafat verə bilər. Sizin qeyd etdiyiniz kimi 13-cü maaş da verə bilər. Yəni, qanunvericilikdə töhmət qüvvədə olan müddətdə və ya töhmət qüvvədən düşdükdən sonra da hər hansı mükafatların verilməsinə qadağan qoyulmayıb. İşəgötürən özü müəssisədə daxili əmək qaydalarını müəyyənləşdirir və bu qaydalar tərtib ediləndə qanunvericilyin tələblərinin pozulmaması əsas şərtdir. Əmək Məcəlləsində də sualda qeyd olunan məsələ ilə bağlı konkret qadağa yoxdur.
İşəgötürən belə bir daxili qayda qoya bilər ki, töhmət alan şəxsə müəyyən müddət mükafat verilməsin. Amma bütün hallarda mükafatın verilməməsi töhmətin qüvvədə olduğu müddətdə tətbiq olunur.Töhmət qüvvədən düşəndə mükafatlar verilməlidir. Praktikada belə hallara rast gəlinir. Ancaq bütün hallarda töhmətin qüvvəsi bitmişdirsə, işçiyə 13-cü maaş verilməlidir.

0 Komment

    Şərh yazın

    Xəbərlər