Ezamiyyə xərclərin hesablanması və rəsmiləşdirməsinə aid sualın cavabı
Sual: “A” müəssisəsi fəaliyyəti ilə bağlı işçilərini ölkə daxilində ezamiyyətə göndərir. İşçi mehmanxanada qaldığı halda ona xidmətlə bağlı işçinin adına “Kassa mədaxil orderi” və ya “Mehmanxana qəbzi” təqdim edilir. AR Vergi Məcəlləsinin 109.7-ci maddəsi (Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır) və AR Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının 1-1 bəndini əldə rəhbər tutaraq (Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir). İşçinin ezamiyyətdəki mehmanxana xərci hansı sənədlər əsasında aid edilməlidir? Sənədlər təqdim edilmədiyi təqdirdə hansı miqdarda xərcə aid edilə bilər?
Hüseyn Hüseynov Nəsib, [email protected], Bakı (07.05.2018)
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir, mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.
Faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Sorğunuzda qeyd edilən qaydada işçiyə ödənilən ezamiyə xərcləri gəlidən çıxılan xərclərə aid edilə bilər.
Eyni zamanda bildiririk ki, qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.
Mehmana xərcləri isə Maliyyə Nazirliyinin 04.04.2016-cı il tarixli Q-09 nəmrəli Qərarının 44 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Mehmanxana qəbzi” ilə rəsmiləşdirilir.
Bax: Vergi Məcəlləsinin 108-ci və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına, Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları” və Maliyyə Nazirliyinin 04.04.2016-cı il tarixli Q-09 nəmrəli Qərarının 44 nömrəli Əlavəsi.
13 Komment
Rauf 23 İyun 2018
Salam.mən uşaqlarla AXC-nin 100illiyi ilə əlaqədarrayonumuzdan 79 km aralıda yerləşən Göyçay şəhərinə bilik yarışına getmişəm.yarışda 8nəfərlik komanda ilə olmuşuq.səhər saat 7də evdən çıxmış axşam saat 21də evdə olmuşuq.Ezamiyyə xərcimiz necə hesablanmalıdı.
Cabbarova Dürdanə 27 Oktyabr 2018
Salam! Mən Bakı şəhərində 2 günlük müəssisəmizin hesabatı ilə əlaqədar ezamiyyətdə olmuşam.2018-ci il iyun ayından ezamiyyə norması Baki şəhərinə 1 günlük 90 manat olmuşdur. Mehmanxana xərcləri və nəqliyyat xərclərinin necə hesablanmasını başa düşmüşəm ancaq gündəlik xərclər (heç bir sənəd təqdim etmədikdə) bir günlik normanın nüçə faizini təşkil etməlidir.Mənim 2 günlük ezamiyyə xərcim necə hesablanmalıdır vı neçə manat olmalıdır. Xahiş edirəm cavablandırın.
Yaqub 13 Dekabr 2018
Bakı şəhərində Gündəlik xərclər 13.5 AZN təşkil edir.Belə ki,90 manatın 85% -zi 76.5 AZN mehmanxana xərcləri,15%-zi isə gündəlik xərclər təşkil edir .İKİ günlik gündəlik xərclər 27 manat təşkil edəcək. Göycay şəhərinə ezamiyyə olunmuş 8 nəfərə təsdiq edici sənədlər əsasında yol xərci və əlavə olaraq hər nəfərə 9.75 manat gündəlik xərc hesablanmalıdır: 65x0.15=9.75
Gülnarə 10 Yanvar 2019
Salam. İşçi Bakı şəhərindən Tiflisə ezam olunub. Qayıdan zaman aviabiletdən başqa heç bir sənəd təqdim etməyib. Tiflisdə ezamiyyət norması 155 ABŞ dolları təşkil edir. Bunun 80%-i 124 $ təşkil edir. Onunda 50%-i 62 $ təşkil edir. Deməli mə işçiyə hər gününə 62 $ ödəyə bilərəm? Düzdümü? Əvvəlcədən təşəkkür!
Seadet 23 Yanvar 2019
Salam.Yanvarin 7-14 tarixleri daxil olmaqla Sehiyye Nazirliyinin tewkil etdiyi UPSM-de iwimizle bagli ezamiyyeye gonderilmiwem.Mehmanxana xerclerini ve qebzi teqdim etsem de pulum duzgun hesablanmir.Xahiw edirem,komeklik gosteresiz.Kurdemirden Bakiya ezamiyyeye gonderilmiwem.
Adil sadiqov 20 Mart 2019
Salam bakidan sumqayita ezam olumusam her jun gedib qayitmisam.mena deyilir ki sumqayota bakidan ezam hesablanmir.bu ne deracada duzgundur yolum yemayim?
İlqar 21 May 2019
Salam.2018 ci il iyun ayının 4 dən 28 nə kimi(28 də daxil)Göyçaydan Bakı şəhərinə səhiyyədə sertifikasiya ilə əlaqədar Göyçay mərkəzi xəstəxanası tərəfindən ezam olunmuşam.Lakin bəzi günlər qeyri iş günü olmaqla hesablasaq 12 iş günü ezam xərclərim nə qədər olar?(Yataqxanadan qəbz təqdim etməmişəm).Təşəkkür.
Namiq 22 May 2019
Ezamiyyet xerci nece kilometir uzaqliqda ezam olunduqda odenir?
Sabina 23 Avqust 2019
salam yüksək eraziyə ezam olunmuş içciyə yüksəkliyə görə arim verilirmi bunun haqqinda qanun varmi
İradə 18 Dekabr 2019
Salam. İşçi 14.12.2019 cu il tarixdən 17.12.2019 cu il tarixə qədər Naxçıvan şəhərinə ezam olunub.15.12.2019-cu il istirahət gününə təsadüf edib.Zəhmət olmasa bildirin istirahət günü ezamiyyə günü kimi hesablanacaqmı?
Vasif 28 Yanvar 2020
Salam. Biz 2 nəfər iş yoldaşı hər ay 7 və ya 8 gün "Neft Daşlarında" ezamiyyətdə oluruq. Mən bilmək istəyirəm ki, orada ezamiyyətdə olduğumuz müddətdə bizim əmək haqqımıza dəniz əmsalı tətbiq oluna bilərmi, yəni qanunvericilikdə belə bir müddəa varmı? Və bir də biz dənizdə ezamiyyətdə olanda şənbə, bazar və bayram günlərində işləyirik, qayıdandan sonra işlədiyimiz həmin günlərin əvəzinə hər hansı əlavə ödəniş və ya istirahət günü verilməlidir? Əvvəlcədən təşəkkür edirəm.
shola 14 Avqust 2020
isci paris seherine 01082020-07.08.2020 tarixlerinde ezam edilib ve pulu odenilib ezamiyyetden qayitdigdan sonra melum olubki texniki sebeblerden ucus texir olinib .ve isci 09082020 tarix8inde gece 00:15 de qayidib.avans hesabat nece olur sizce
Seddam 17 Avqust 2021
Salam men herbiciyem kecen il yeni 2020 cilde moskvaya ezam oldum ordu oyunlarina ezam olmuwadum 28 gun qayidanda a,erbaycana ezam pulum kocmedi o nece olur
Şərh yazın