Təsisçinin əvəzsiz verdiyi əsas vəsait necə qiymətləndirilməlidir?

Təsisçinin əvəzsiz verdiyi əsas vəsait necə qiymətləndirilməlidir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam. Əsas vəsait təsisçi tərəfindən əvəzsiz olaraq daxil edilərkən onun dəyəri necə müəyyənləşdirilməlidir? Xüsusi qiymətləndirmə sənədi olmalıdırmı? Və bunun üçün hansı quruma müraciət edilməlidir? Öncədən təşəkkür edirəm.

Cavab: Təsisçi tərəfindən təsərrüfat subyektinə əvəzsiz əsas vəsaitin verilməsi praktikada mövcud olsa da, onun dəyərinin formalaşması üzrə konkret mexanizm yoxdur. Əvəzsiz verilən əsas vəsaiti hansı dəyər ilə balansa daxil etsəniz, həmin dəyər vergiyə cəlb olunacaq. Mənfəət vergisi ödəyiciləri üçün mənfəət vergisi, sadələşdirilmiş vergi ödəyiciləri üçün isə satışdankənar gəlir kimi nəzərə alınacaq. Adətən praktikada belə qiymətləndirmələr qiymətləndiricilər və auditorlar tərəfindən həyata keçirilir. Tövsiyə edirik ki, əsas vəsaitləri əvəzsiz yox, qiymətləndirib nizamnamə kapitalına pay kimi qoyun, çünki belə olanda heç bir vergi öhdəliyi yaranmır.

0 Komment

    Şərh yazın

    Xəbərlər