Təsisçilərdən borc məsələsi ilə bağlı YENİ VARİANT

Təsisçilərdən borc məsələsi ilə bağlı YENİ VARİANT

Sual: Şirkət tikinti fəaliyyəti üzrə məşğul olmaq məqsədilə yaradılır. Qarşılıqlı münasibətlər zamanı ödəniş olunmalıdır ki, şirkət gəlir əldə etmədiyi üçün bank hesabında və kassasında tələb olunan məbləğ yoxdur. Təsisçi şirkətin ödənişi həyata keçirtməsi üçün borc verdikdə və ya Nizamnamə kapitalını artırdıqda, şirkətin vergi qarşısında hər hansı vergi öhdəliyi yaranırmı?

Babayeva Vüsalə Rizvan, [email protected] (06.04.2018) 

Cavab: Bildiririk ki, nizamnamə kapitalına pul qoyuluşu hər iki tərəfdə (təsisçi və təsis olunan hüquqi şəxsdə) vergi öhdəliyi yaratmır.

Eyni zamanda, qaytarılmaq şərti ilə təsisçi tərəfdindən təsis olunan hüquqi şəxsə faizsiz borcun verilməsi zamanı tərəflərin qarşılıqlı şəxslər olduğu nəzərə alınaraq vergi öhdəliyin yaranmasına əsas verir. Belə ki, borc məbləği qaytarılarkən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və hesablanmış faiz məbləğindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq məlumat üçün bildiririk ki, təsisçi ilə hesablaşmalar aparılarkən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları da nəzərdən qaçırılmamalıdır.

Bax: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cü və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanu

1 Komment

  1. Mətanət 06 Aprel 2018

    Təsisçidən müəssisənin xərclərinə görə götürülmüş borc qaytarılarkən hansı kreditlər üzrə faizdən söhbət gedir? Təsisçi faizsiz borc verir və verdiyi məbləği geri götürür. Bu zaman hansı vergi öhdəliyi yaranır?

Şərh yazın

Xəbərlər